İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


MICROSOFT EXCEL İLƏ İŞİN SONA ÇATDIRILMASI



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə207/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   203   204   205   206   207   208   209   210   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

MICROSOFT EXCEL İLƏ İŞİN SONA ÇATDIRILMASI 
Microsoft Excel 2010-la işi sona çatdırmaq üçün proqram pəncərəsinin 
sağ/yuxarı kuncündə yerləşən standart qapatma düyməsini sıxmaq və ya File 
(Файл-Fayl) menyusundan Exit (Выход-Çıxış) əmrini seçmək lazımdır. Əgər Sizin 
işlədiyiniz iş kitabında aparılmış son dəyişikliklər faylda saxlanıbsa, Microsoft Excel 
2010-la iş sona çatacaq və onun pəncərəsi bağlanacaq. Əks halda ekrana 
“Dəyişikliyi saxlamalı?” sualı əks olunan dialoq pəncərəsi açılacaq. Bu pəncərədəki 
Yes (Да-Hə) düyməsi sıxılanda dəyişikliklər saxlanır və Microsoft Excel 2010-la iş 
sona çatır. No (Нет-Yox) düyməsi sıxılanda isə dəyişikliklər saxlanmır və Microsoft 
Excel 2010-la iş sona çatır. Əgər istifadəçi (Отмена-İmtina) düyməsini sıxarsa 
cari iş kitabı üzərində redaktə işini davam etdirə bilər. 
SƏNƏDİN AÇILMASI 
Əvvəlcədən yaddaşda saxlanmış (Книга-İş Kitabı) ilə işi davam etdirmək 
üçün onu açmaq lazımdır. Sənədi açmaq üçün File (Файл-Fayl) menyusunu 
seçəndən sonra Open (Открыть-Aç) əmrini seçmək lazımdır. Nəticədə iş 
masasına faylı açmaq üçün standart dialoq pəncərəsi açılacaq. Dialoq 
pəncərəsində Book (Книга-İş Kitabı) saxlanmış qovluğun adını tapmaq və həmin 
qovluqdan lazım olan Book (Книга-İş Kitabı) faylının adını seçəndən sonra Open 
(Открыть-Aç) əmrini yerinə yetirmək lazımdır.
Redaktə etmək istədiyiniz Book (Книга-İş Kitabı) üzərində Microsoft Excel 
2010-la işləməyinizdən çox müddət keçməyibsə File (Файл-Fayl) menyusunu 
seçəndən sonra sağ tərəfdə açılan (Последные документы-Sonuncu sənədlər) 
siyahısından Sizə lazım olan Book (Книга-İş Kitabı)nın adını seçməklə də onu 
açmaq olar.
 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
280 
OYUQLARIN, SƏTR VƏ SÜTUNLARIN ƏLAVƏ 
EDİLMƏSİ 
Cədvəlin doldurulmuş hissəsinə yeni oyuq, sətr və ya sütun əlavə etməkdən 
ötrü aşağıdakı şəkildə göstərilən kimi bu məqsəd üçün nəzərdə tutulan İnsert 
(Вставить-Əlavə et) düyməsi üzərindəki aşağı yönəlmiş oxu sıxmaq lazımdır. 
Nəticədə menyu acılacaq və həmin menyudan nə əlavə etmək lazımdırsa 
onu seçmək lazımdır. Yeni sütun cari oyuq yerləşən sütundan sol tərəfə əlavə 
edilir. Yeni sətrin əlavə edilməsi seçiləndə yeni sətr cari oyuq yerləşən sətrdən 
yuxarı əlavə edilir. 
Yeni oyuq əlavə etmək seçiləndə iş masasına dialoq pəncərəsi açılır (şəkil 
71.). Həmin pəncərədə həm ayrıca oyuğun, həm də sətr və ya sütunun əlavə 
edilməsi üçün müxtəlif variantlar seçmək olar.
Şəkil 71. Oyuq əlavə etmək üçün pəncərə 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin