İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


VERİLƏNLƏRİN OYUQLARA DAXİL EDİLMƏSİ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə206/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   202   203   204   205   206   207   208   209   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
VERİLƏNLƏRİN OYUQLARA DAXİL EDİLMƏSİ 
Cədvəlin oyuğuna (xanasına) ixtiyari veriləni daxil etmək üçün əvvəlcə 
mausun və ya üzərində ox işarələri həkk olunmuş düymələrin köməyi ilə cari 
oyuğu müəyyən etmək (həmin oyuq cari oyuq çərçivəsi ilə əks olunacaq), sonra 
isə verilənləri klaviaturadan yığmaq lazımdır. Verilənin oyuğa daxil edilməsi işini 
sona çatdırmaq və cari oyuqdan aşağıda yerləşən oyuğa keçmək üçün [Enter] 
düyməsini, cari oyuqdan sağda yerləşən oyuğa keçmək üçün isə [Tab] düyməsini 
sıxmaq lazımdır.
Yeni cədvəli formatlaşdırmaq üçün əvvəlcədən heç bir hazırlıq işi görmək 
tələb edilmir. Lazım olan qiymətləri oyuqlara sadəcə daxil etmək kifayətdir.
Bir iş vərəqində bir neçə cədvəl yerləşə bilər. İstifadəçi oyuğun sərhəddini 
oyuğa qiymət daxil edərkən müəyyən edir.
SƏNƏDİN DİSKDƏ SAXLANMASI 
Biz artıq bilirik ki, istifadəçi iş kitabına daxil olan iş vərəqləri toplusu ilə 
işləyir. Odur ki, verilənlər daxil edilmiş və diskdə saxlanan sənəd də Book (Книга-
Kitab)dır. Diskdə saxlanan Book (Книга-Kitab)lar 
.xlsx
genişlənməsinə malik olan 
fayl əmələ gətirir. Microsoft Excel 2007 versiyasına kimi (Книга-Kitab) 
.xls
genişlənməsinə malik faylda saxlanırdı. 
Cari Book (Книга-Kitab)ı diskdə saxlamaq üçün mausla 
düyməsini 
sixmaq kifayətdir. (Книга-Kitab)ı birinci dəfə saxlayanda faylın saxlanması üçün 
istifadə edilən standart pəncərə açılır. Həmin pəncərəyə faylın adını daxil edəndən 
sonra Save (Сохранить-Yaddaşa yaz) düyməsini sıxmaq lazımdır. Saxlanmış fayl 
üçün 
düyməsi növbəti dəfə sıxılanda faylın saxlanması üçün istifadə edilən 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 279 
standart pəncərə açılmır. Ona görə ki, Microsoft Excel 2010 artıq bilir ki, 
məzmununda son dəyişikliklər yerinə yetirilmiş (Книга-Kitab) hansı faylda 
saxlanacaq. 
İş kitabının məzmununda aparılmış cari dəyişikliyi başqa ada malik olan 
faylda saxlamaq üçün mausla File (Файл-Fayl) yarlığını sıxın və açılan menyudan 
Save As (Сохранить как-Yeni adla yaddaşa yaz) bəndini seçin. Bu zaman artıq 
Sizə tanış olan faylın saxlanması üçün istifadə edilən standart pəncərə açılacaq.
İş kitabındakı verilənləri digər formatlarda da saxlamaq olar. Bundan ötrü 
faylın saxlanması üçün istifadə edilən standart pəncərədə File (Файл-Fayl)ın tipi 
siyahısından uyğun formatı seçmək lazımdır. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin