İ N F O R M A T İ K A
____________________________________________________________ 271
Baxış miqyasını dəyişmək mümkündür. Bunu etmək üçün aşağı sağ
küncdəki sürüngəcin yerini dəyişmək lazımdır.
Sənədin digər səhifələrinə baxmaq üçün səhifə eskizinin altındakı
sürüşdürmə düyməsinin uclarındakı üçbucaq şəkilli düymələri sıxmaq kifayətdir.
Şəkil 121-də bu oxların arasında «3 из 60» yazılmışdır ki, bu da o deməkdir
ki, 60 səhifəlik sənədin 3-cü səhifəsinə baxırsınız.
Şəkil 66. Hazırlanmış mətnə çapdan öncə baxış pəncərəsi
Dialoq pəncərəsində parametrlər siyahısının ən aşağısındakı (Параметры
страницы-Səhifə qur) iqtibasını sıxsanız, parametrləri daha ətraflı görə və dəyişə
bilərsiniz. Bu zaman ekrana 67 saylı dialoq pəncərəsi açılacaq.
(Размер бумаги-Kağızın ölçüləri) içliyində açılan siyahıdan hazır kağız
formatını (A4, A5 və s.) seçəz və ya zövqünüzə uyğun kağız ölçüləridə
müəyyənləşdirə bilərsiniz.
(Поля-Kağız kənarları) içliyində vərəqin yönünü (kitab və ya albom) seçə
bilərsiniz. Kitab yönündə vərəq şaquli, albom yönündə üfqi durur. (Верхнее-
Yuxarı), (Нижнее-Aşağı), (Левое-Sol), (Правое-Sağ) yelənləri təyin etmək üçün
ədədi sahələr də burada yerləşir. Bu parametrlərin hər birini ayrıca təyin edə
bilərsiniz. Bu içlikdə cildləmə yeləni də vardır.
Əgər kompüterinizə bir-neçə printer qoşulmuşdursa, açılan Print (Принтер-
Çap et) siyahısından sənədi çap etmək istədiyiniz printeri seçə bilərsiniz. Əgər
printer bir dənədirsə, siyahıya toxunmayın.
Printeriniz iki tərəfli çapetmə funksiyasına malikdirsə, açılmış siyahıda susma
qaydasında (Односторонняя печать-Birüzlü çap) rejimi qoşulmuş olur. Kağızın
hər iki üzünə çap etmək istəsəniz, (Двустороняя печать-İkiüzlü çap) rejimini
İ N F O R M A T İ K A
____________________________________________________________
272
qoşun. Bu halda printer kağızı avtomatik olaraq çevirəçək və çapı kağızın digər
üzündə davam etdirəcəkdir.
Sənədi bütövlükdə və ya hissə-hissə çap etmək olar. Sadəcə çap ediləcək
diapazonu, yaxud səhifələrin nömrələrini göstərmək lazımdır. Bunu etmək üçün
Page (Страницы-Səhifələr) sahəsində lazımi səhifələrin nömrələrini daxil edin.
Səhifə nömrələrini vergüllə sadalamaq və ya tire ilə diapazon şəklində, məsələn,
3-25 şəklində vermək olar. Bu halda sonuncu çapetmə prosesi sənədin 3-cü
səhifəsindən 25-ci səhifəsinədək davam edəcəkdir.
Current (Tекущая-Cari) rejimini seçsəniz, yalnız cari səhifə, yəni kursorun
durduğu səhifə çap ediləcəkdir.
Şəkil 67. (Параметры страницы-Səhifə Qur) dialoq pəncərəsi
Sənədin çap ediləcək nüsxələrinin sayı Copy (Копии-Nüsxələr) adlı ədədi
sahədən daxil edilməlidir. Açılmış siyahının aşağısında (Разобрать по копиям-
|