İ N F O R M A T İ K A
____________________________________________________________
264
Bu qayda ilə üfqi xətləri də sürüyə bilərsiniz. Cədvələ sütun əlavə etmək
istəsəniz, kursoru sütun əlavə edəcəyiniz sütunun qonşusu olan sütuna gətirin.
Sonra Layout (Макет-Quruluş) qoşmasındakı (qoşma kursor cədvəlin daxilində
olarkən Microsoft Word 2010 pəncərəsinin yuxarı sağ küncündə lent oşlastında
əmələ gəlir) Rows and Columns (Строки и столбцы-Sətirlər və Sütunlar)
qrupunu daxil olan Insert Left (Вставить слева-Sol tərəfə əlavə et) və ya Insert
Right (Вставить справа-Sağ tərəfə əlavə et) düymələrindən birini sıxın (şəkil
55.).
Şəkil 55. (Строки и столбцы-Sətirlər və Sütunlar) qrupunu daxil olan (Вставить
слева-Sol tərəfə əlavə et) və ya (Вставить справа-Sağ tərəfə əlavə et) düymələri
Cədvələ sətir əlavə edilməsi də buna analoji qaydada yerinə yetirilir. Bu
halda Rows and Columns (Строки и столбцы-Sətirlər və Sütunlar) qrupuna daxil
olan Insert Below (Вставить снизу-Aşağıdan əlavə et) və ya Insert Above
(Вставить сверху-Yuxarıdan əlavə et) düymələrindən birini sıxmaqla həyata
keçirmək mümkündür.
Əgər kursor cədvəlin axırıncı sətrinin son xanasındadırsa və cədvələ daha
bir sətir əlavə etmək lazımdırsa, [Tab] düyməsinə sıxmaq kifayətdir. Bu halda
kursor əlavə edilmiş yeni sətrin ilk xanasında olacaqdır.
Dostları ilə paylaş: