____________________________________________________________ 259
MAUSLA MƏTN FRAQMENTİNİN
SEÇİLMƏSİ
Mətnin fraqmentini seçmək üçün kursoru fraqmentin başlanğıcına gətirib sol
düyməni sıxaraq fraqmentin sonunadək mətni qaraltmaq (seçmək) lazımdır (şəkil
49.). Digər üsul isə bu qaydada yeriinə yetirilir. Mətnin bir-neçə sətrini ayırmaq
üçün kursoru ayrılacaq birinci sətrin sol tərəfindəki boş yerə gətirib sol düyməni
sıxın və sol düyməni buraxmadan mausun aşağı çəkərək lazımi miqdarda sətri
seçin (qaraldın) və sol düyməni buraxın (şəkil 50.).
Şəkil 49. Mətnin ixtiyari fraqmentinin seçilməsi
Şəkil 50. Sətirlərə görə hazırlanmış mətndən fraqmentin seçilməsi
İ N F O R M A T İ K A
____________________________________________________________
260
Sənədin bütün mətnini ayırmaq üçün kursoru mətnin sol tərəfində boş yerə
gətirib [Ctrl] düyməsinin sıxılmış vəziyyətində mausun sol düyməsini sıxın.
MÜBADİLƏ BUFERİ İLƏ İŞ
Windows-un digər proqram əlavələrində olduğu kimi, Microsoft Word 2010
mətn redaktorunda da “Mübadilə buferi”ndən istifadə edilərək proqramlararası və
proqramdaxili üzköçürmə və yerdəyişdirmə əməliyyatları icra edilir.
Mübadilə buferi ilə işləmək üçün Home (Главная- Baş) qoşmasındakı
Clipboard (Буфер обмена-Mübadilə buferi) düymələr qrupundan istifadə edilir.
Cut (Вырезать-Rəs) düyməsi ilə kəsilmiş fraqment (Буфер обмена-
Mübadilə buferi) yaddaşında müvəqqəti saxlanılır.
Copy (Копировать-Surətini
alma) düyməsi fraqmentin üzünü (Буфер обмена-Mübadilə buferi)nə köçürür.
İnsert (Вставить-Daxil et) düyməsi isə (Буфер обмена-Mübadilə buferi)nin
məzmununu kursorunun durduğu yerdən başlayaraq yerləşdirir.
NİŞANLANMIŞ VƏ NÖMRƏLƏNMİŞ SİYAHILAR
Bəzən mətn daxilində müəyyən sadalamaları və ya siyahıları ayırmaq, gözə
çarpan etmək lazım gəlir. Microsoft Word 2010 bu prosesi avtomatlaşdırmağa
imkan verir.
Nişanlanmış siyahı rejimini qoşmaq üçün Home (Главная- Baş)
qoşmasındakı Paragraph (Абзац-Abzas) qrupunda müəyyən düymələr qrupu
vardır ki, bu da istifadəçiyə hazırladığı mətn üzərində formatlama əməliyyatlarını
yerinə yetirməyə imkan verir.
düyməsi sıxıldıqda siyahı bəndlərinin başında nişan (marker) görünür.
Siyahı bəndini daxil edib [Enter] düyməsini sıxın. Bu halda kursor növbəti
nişanlanmış sətrə keçəcəkdir. Əməliyyatı tamamlamaq üçün
düyməsini təkrar
sıxmaq lazımdır. Home (Главная- Baş) qoşmasındakı (Абзац-Abzas) qrupunda
nişan (marker) nümunələri siyahısından istədiyinizi seçə bilərsiniz.
|