İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə196/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   192   193   194   195   196   197   198   199   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
 
____________________________________________________________ 259 
MAUSLA MƏTN FRAQMENTİNİN 
SEÇİLMƏSİ 
 
Mətnin fraqmentini seçmək üçün kursoru fraqmentin başlanğıcına gətirib sol 
düyməni sıxaraq fraqmentin sonunadək mətni qaraltmaq (seçmək) lazımdır (şəkil 
49.). Digər üsul isə bu qaydada yeriinə yetirilir. Mətnin bir-neçə sətrini ayırmaq 
üçün kursoru ayrılacaq birinci sətrin sol tərəfindəki boş yerə gətirib sol düyməni 
sıxın və sol düyməni buraxmadan mausun aşağı çəkərək lazımi miqdarda sətri 
seçin (qaraldın) və sol düyməni buraxın (şəkil 50.). 
 
Şəkil 49. Mətnin ixtiyari fraqmentinin seçilməsi 
Şəkil 50. Sətirlərə görə hazırlanmış mətndən fraqmentin seçilməsi 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
260 
Sənədin bütün mətnini ayırmaq üçün kursoru mətnin sol tərəfində boş yerə 
gətirib [Ctrl] düyməsinin sıxılmış vəziyyətində mausun sol düyməsini sıxın. 
 
MÜBADİLƏ BUFERİ İLƏ İŞ 
Windows-un digər proqram əlavələrində olduğu kimi, Microsoft Word 2010 
mətn redaktorunda da “Mübadilə buferi”ndən istifadə edilərək proqramlararası və 
proqramdaxili üzköçürmə və yerdəyişdirmə əməliyyatları icra edilir.
Mübadilə buferi ilə işləmək üçün Home (Главная- Baş) qoşmasındakı 
Clipboard (Буфер обмена-Mübadilə buferi) düymələr qrupundan istifadə edilir.
Cut (Вырезать-Rəs) düyməsi ilə kəsilmiş fraqment (Буфер обмена-
Mübadilə buferi) yaddaşında müvəqqəti saxlanılır. 
Copy (Копировать-Surətini 
alma) düyməsi fraqmentin üzünü (Буфер обмена-Mübadilə buferi)nə köçürür. 
İnsert (Вставить-Daxil et) düyməsi isə (Буфер обмена-Mübadilə buferi)nin 
məzmununu kursorunun durduğu yerdən başlayaraq yerləşdirir. 
NİŞANLANMIŞ VƏ NÖMRƏLƏNMİŞ SİYAHILAR 
 
Bəzən mətn daxilində müəyyən sadalamaları və ya siyahıları ayırmaq, gözə 
çarpan etmək lazım gəlir. Microsoft Word 2010 bu prosesi avtomatlaşdırmağa 
imkan verir.
Nişanlanmış siyahı rejimini qoşmaq üçün Home (Главная- Baş) 
qoşmasındakı Paragraph (Абзац-Abzas) qrupunda müəyyən düymələr qrupu 
vardır ki, bu da istifadəçiyə hazırladığı mətn üzərində formatlama əməliyyatlarını 
yerinə yetirməyə imkan verir. 
düyməsi sıxıldıqda siyahı bəndlərinin başında nişan (marker) görünür. 
Siyahı bəndini daxil edib [Enter] düyməsini sıxın. Bu halda kursor növbəti 
nişanlanmış sətrə keçəcəkdir. Əməliyyatı tamamlamaq üçün 
düyməsini təkrar 
sıxmaq lazımdır. Home (Главная- Baş) qoşmasındakı (Абзац-Abzas) qrupunda 
nişan (marker) nümunələri siyahısından istədiyinizi seçə bilərsiniz.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin