Qeyd : .docx tipli fayllar 2007-ci ildən əvvəlki versiyalarda açılmır. Buna
görə də faylınızı kiməsə göndərəsi olduqda onun orada açılıb-açılmayacağı
barədə düşünməyiniz lazımdır. Faylın hər yerdə açıla bilməsi üçün onu RTF
formatında, yəni
.rtf genişləndirməsi ilə saxlamaq məsləhətdir. MICROSOFT WORD-LƏ İŞİN TAMAMLANMASI Microsoft Word 2010 mətn redaktoru ilə işi tamamlamaq üçün sərlövhə
sətrinin sağ ucundakı standart bağlama
düyməsini sıxın.
Əgər üzərində işlədiyiniz sənəd faylda saxlanmışdırsa, Microsoft Word 2010
həmin fayl pəncərəsini bağlayıb işini sona çatdıracaqdır. Əgər Microsoft Word
2010 işi sona çatdırmaq əmrini alarkən aşkarlasa ki, faylda yerinə yetirilmiş
dəyişikliklər nəzərə alınırsa, onda əməliyyat sistemi Sizə iş masasına açılan dialoq
pəncərəsindəki (Сохранить изменения?-Dəyişikliyi nəzərə almalı?) sualı ilə
müraciət edəcəkdir. Yes (Да-Hə) düyməsini bassanız, dəyişikliklər saxlanacaq və
Microsoft Word 2010 işini sona çatdıracaqdır. Əgər No (Нет-Yox) düyməsini
sıxsanız, dəyişikliklər saxlanılmayacaq və əməliyyat sistemi işini sona
çatdıracaqdır. Əgər Cancel (Отмена-İmtina) düyməsini bassanız sənəd üzərində
dəyişiklik aparılmayacaq və Siz işinizi davam etdirə biləcəksiniz.
SƏNƏDİN AÇILMASI Hazırlayıb kompüterin yaddaşında saxladığınız sənəd Sizə məlum olan adla
məlum qovluqdadır. Microsoft Word 2010 –la işi bitirdiniz, lakin müəyyən vaxtdan
sonra həmin sənəd üzərində işinizi davam etdirmək istəsəniz, necə edəsiniz ki,
Microsoft Word 2010 həmin sənədi Sizə göstərib redaktə etməyə imkan versin?
Hazırladığınız sənədi iş masasına açmaq üçün (Office-Office) düyməsini,
sonra isə açılmış dialoq pəncərəsindən Open (Открыть-Aç) düyməsini sıxın (şəkil
44.).