İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə190/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   186   187   188   189   190   191   192   193   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
250 
nəzərdə tutulur) keçirib [Shift] düyməsini sıxaraq bu düyməni bassanız ekrana & 
işarəsi çıxacaqdır.
Mətni ardıcıl daxil edin. Daxil edilmiş mətndə nəyi isə düzəltmək lazımdırsa, 
kursoru həmin yerə gətirin. Bunu etmək üçün mətnin həmin yerində mausun sol 
düyməsini sadəcə sıxmaq kifayətdir (kursoru həmin yerə klaviatura üzərindəki 
sağa, sola, aşağı, yuxarı ox şəkli olan düymələrin köməyi ilə də gətirmək olar). 
Mətn hissəsinin harasa yerləşdirilməsi (qoyulması) lazımdırsa, kursoru həmin yerə 
gətirib onu (burada daxil ediləcək mətn hissəsi nəzərdə tutulur) klaviaturadan 
yığmaq lazımdır.
Mətn hissəsini silmək (və ya ləğv etmək) üçün bir-neçə üsul vardır: 

kursoru siləcəyiniz mətn fraqmentinin soluna qoyun və [Delete] düyməsini 
sıxaraq bütün fraqment silinənədək gözləyin; 

kursoru siləcəyiniz mətn fraqmentinin sağına qoyun və [BackSpace] 
düyməsini sıxaraq bütün fraqment silinənədək gözləyin; 

siləcəyiniz fraqmenti mausun sol düyməsini sıxmaqla ayırın (seçin) və 
[Delete] düyməsini sıxın. 
Yadda saxlayın ki, istənilən son əməliyyatı Delete (Отменить-Ləığv Et) 
düyməsini sıxmaqla ləğv etmək olar. Qeyd etmək lazımdır ki, ardıcıl olaraq bir-
neçə əməli təxirə salmaq mümkündür. Bunun üçün Delete (Отменить-Ləığv Et) 
düyməsini ardıcıl sıxmaq lazımdır. Təxirəsalma düyməsinin sağındakı aşağıya ox 
işarəsini sıxmaqla son əməliyyatların siyahısına baxmaq olar. Bu siyahıdakı 
istənilən əməli sıxmaqla ləğvetmə əməliyyatını həyata keçirmək olar. Lakin bu 
halda təxirə salmaq istədiyiniz əməldən sonrakı əməllərin hamısı təxirə salınır, 
yəni siyahının daxilindəki ayrıca əməli təxirə salmaq mümkün olmur (şəkil 40.).
Ekranda qarşınıza sanki kağız vərəqlər çıxır. Buna görə də səhifə dolduqca 
avtomatik olaraq kursor növbəti səhifəyə keçərək mətnin davamının daxil 
edilməsinə şərait yaradır. Bu zaman Microsoft Word 2010 pəncərəsinin aşağı sol 
hissəsində Page (Страница-Səhifə) sözündən sonra cari səhifə nömrəsindən 
sonra səhifələrin ümumi sayı artır.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin