İ N F O R M A T İ K A ____________________________________________________________
248
Microsoft Word 2010 pəncərəsinin aşağısında, sol tərəfdə aşağıdakı
məlumatlar verilmişdir: Page (Страница-Səhifə) sözündən sonra cari səhifənin
nömrəsi və sənəddəki səhifələrin ümumi sayı; Number Words (Число слов-Sözlər
sayı) sözündən sonra sənəddəki sözlərin sayı (bu məlumat yazarlar və jurnalistlər
üçün çox əhəmiyyətlidir); sonra isə mətnin daxil edilməsi üçün istifadə edilən cari
dil (əlifba) göstərilir.
Beləliklə, Microsoft Word 2010 pəncərəsinin əsas elementləri nəzərdən
keçirilmiş oldu.
MƏTNİN DAXİL EDİLMƏSİ Microsoft Word 2010 işə salındıqdan sonra yeni sənədin daxil edilməsi üçün
təmiz səhifə (vərəq) açılır. Birinci sətrin başında kursor görünür. Daxil edilən
hərflər kursorun qırpdığı yerdə peyda olacaqdır. Artıq mətni yığmağa başlaya
bilərsiniz.
Mətni daxil etməzdən əvvəl, pəncərənin aşağısında (Панель задач-
Məsələlər paneli)nin sağ yarısında yerləşən dil (əlifba) indikatoruna diqqət edin.
Əgər mətn rus dilində yığılacaqsa, onda indikatoru sıxın və RU bəndini seçin.
İndikatorda RU göründükdən sonra mətni yığa bilərsiniz.
Sonra mətni düzləndirmək barədə qərara gəlmək lazımdır. Mümkün
variantlar: sola, sağa, mərkəzə və eninə düzləndirmələrdən ibarətdir. Hər bir
variantın özünəuyğun düyməsi vardır, düyməni sıxan kimi işə başlamaq olar.
Hansı düyməni sıxsanız, o düymə çərçivəyə alınmış kimi görünəcəkdir. Eninə
düzləndirmə zamanı sözlər sağ və sol sərhədlər arasında avtomatik olaraq sətrə
eyni ara məsafəsi ilə paylanır.
Lazım gəldikdə sol markeri sürüməklə abzas qoyun. Mətn daxil etməzdən
əvvəl şrifti seçin. Bunun üçün Calibri siyahısından seçim edin. Rus əlifbasının
hərfləri Times New Roman, Arial, Courier New standart şriftlərində yerləşir.
Bundan sonra şriftin ölçüsünü seçmək lazımdır. Bunu etmək üçün şriftin sağ
tərəfində ədədlər siyahısı vardır. Lazımi ölçünü seçin. Bunu
A və
A düymələri