İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə189/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   185   186   187   188   189   190   191   192   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 249 
ilə də etmək olar. 

A
düyməsi şrifti böyüdür, 

A
isə kiçildir. Bu ölçü printerdəki 
hərflərin ölçüsünə təsir göstərir. Simvollar nə boydadırsa, kağıza da həmin boyda 
çap olunacaqdır. 
Mətndə müxtəlif hərf şəkillərindən istifadə etməklə, xüsusi seçilməsini 
istədiyiniz sözləri ayıra bilərsiniz. Seçim etmək üçün mausun sol düyməsini sıxın. 
Seçilmişi ləğv etmək üçün sol düyməni təkrar sıxın. Hərflər qalın (Ж), kursiv (К
və altıxətli (Ч) ola bilir. Bundan sonra mətnin üstdən xətt çəkən, aşağı indeks, 
yuxarı indeks qoyan düymələr gəlir. Aşağı indeks qoyan düymə kimyəvi düsturları 
yığmaq üçün, yuxarı indeks qoyan düymə isə düsturu və vaxtı daxil etmək üçün 
münasibdir. Sonra simvolun rəngini dəyişən düymə yerləşir. Bu düyməni sıxıb 
lazımi rəngi qeyd etməklə seçin. 
Qeyd etmək lazımdır ki, mətnin daxil edilməsi ilə bağlı olan bu parametr 
sazlamalarını hazır sənəd üzərində də icra etmək mümkündür. Bunun üçün 
fraqment ayırmaq qaydasından istifadə etmək lazımdır. Ayrılmış fraqment 
üzərində istədiyiniz parametri dəyişə bilərsiniz.
Bəzi sadə mətn redaktorlarından fərqli olaraq, Microsoft Word 2010-da 
[Enter] düyməsi yalnız abzasın sonunda basılmalıdır. Çünki [Enter] düyməsi həm 
də yeni abzası başlayan düymədir. Odur ki, abzas bitməmiş bu düyməyə 
toxunmayın. Kursor sətrin sağ sərhədinə çatan kimi avtomatik olaraq növbəti 
(təzə) sətrə keçir. Əgər söz sətrə sığmırsa, avtomatik olaraq, ya bütövlükdə, ya 
da hecalara bölünərək, köçürmə işarəsi (-) ilə təzə sətrə keçir. 
Bunu etmək üçün [Ctrl] düyməsini sıxaraq defis (-) düyməsini basmaq 
lazımdır. Çünki [Ctrl] sıxılı olmadıqda, köçürmə işarəsi əvəzinə defis işarəsi daxil 
ediləcəkdir ki, bu da mətnin sonrakı redaktəsi zamanı sətrin daxilində olan bəzi 
sözlərin tərkibində lazımsız defis işarələrinin görünməsi ilə nəticələnir. Bu isə 
əlavə təmizləmə işinin görülməsini tələb edir. 
Yada salmaq lazımdır ki, əgər düymə üzərində üç işarə varsa, bunların biri 
düymənin sadə basılması zamanı, ikincisi [Shift] düyməsinin sıxılı vəziyyətdə 
saxlandığı halda (əvvəlcə [Shift] düyməsini sıxıb saxlamaq və digər lazım olan 
düyməni basmaqla), üçüncüsü başqa əlifbaya keçib [Shift] düyməsinin sıxılı 
vəziyyətində daxil edilir. Məsələn, üzərində 7 rəqəmi olan düymədə & və ? 
işarələri (və ya simvolları) vardır. Əgər cari əlifba RU-dursa, bu düymənin sadə 
basılması 7 rəqəmini daxil edəcəkdir. Əgər [Shift] düyməsini sıxaraq bu düyməni 
bassanız ekrana ? işarəsi çıxacaqdır. Əgər əlifbanı EN-ə (ingilis dili əlifbası 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin