İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə187/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   183   184   185   186   187   188   189   190   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
246 
(Разметка страницы-Səhifə quruluşu), (Ссылки-İstinadlar), (Рассылки-
Göndərmə), (Рецензирование-Resenziya) və View (Вид-Görünüş) adlanır. 
Qoşmanı görmək üçün müvafiq qoşmanın adını seçmək lazımdır. Lentin üzərində 
öncə Home (Главная- Baş) qoşması görünür. 
Şəkil 38. Microsoft Word 2010 əməliyyat sisteminin pəncərəsi 
Qoşma nədir? Qoşma – idarəedici elementləri (qoşmaları, siyahıları və s. 
ekrana açan) olan zolaqdır. Bir-neçə element bir qrupda birləşdirilə bilər. Bu halda 
onlar çərçivəyə salınır. Qrupun adı çərçivənin altında yerləşir.
Şəkil 39-da Font (Шрифт-Yazı Tipi) qrupu göstərilmişdir. Əgər qrupun 
adının sağında aşağı sağa ox nişanı varsa, onu seçib əlavə sazlamalar aparmaq 
üçün dialoq pəncərəsi açmaq olar.
İşçi oblastın yuxarı və sol hissəsində santimetrlərə bölünmüş xətkeşlər 
yerləşə bilər. Bu, sənədin real ölçüsünü göstərdiyindən, mətnin çapa hazırlanması 
baxımından çox münasibdir. Çünki ekrandakı hərflərin ölçüsü printerdəki hərflərin 
ölçüsünə uyğun olmaya bilər. Sənədin ekranda görünməsi miqyasını dəyişə 
bilərsiniz. Printerdə bunu etmək olmaz. Ekranda hərfləri sıxlaşdırmaq və 
seyrəltmək mümkün olsa da, printerdə hərflərin ölçüsü dəyişmir. Əgər xətkeşlər 
görünmürsə, işçi oblastın sağ yuxarı küncündə lentin altındakı 
düyməsini sıxın. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 247 
Şəkil 39. Font (Шрифт-Yazı Tipi) qrupu 
Üfqi və şaquli xətkeşlərdəki ağ sahələr vərəqdəki yelənlərin, boz sahələr isə 
səhifənin ölçüsünü göstərir. Üfqi xətkeşdə 3 marker var:

birinci, cari abzasın sol sərhədini; 

ikinci, cari abzasın sağ sərhədini; 

üçüncü, abzasın ölçüsünü göstərir. 
Abzasın ölçüsü sol düyməni sıxıb mausla markeri xətkeş boyu sağa 
çəkməklə təyin edilir. Şəklin miqyasını Microsoft Word 2010 pəncərəsinin aşağı 
sağ küncündəki sürüngəci sol düyməni sıxaraq hərəkət etdirməklə dəyişə 
bilərsiniz. Minus (-) tərəfə hərəkət etdikdə, miqyas kiçilir, vərəq sizdən uzaqlaşır, 
plyus (+) tərəfə hərəkət etdikdə miqyas böyüyür, vərəq sizə yaxınlaşır. Miqyas 
faizlə göstərilir. 
Bir qədər solda 5 düymə yerləşir. Bunlar sənədin əks etdirilməsi rejimlərini 
qoşub-açır. 
Mətn, susma qaydasında, Page Layout (Разметка страницы-Səhifə 
quruluşu) rejimində göstərilir. Çünki bu, daha münasibdir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin