İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə183/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   179   180   181   182   183   184   185   186   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
238 

cədvəl - fayl və qovluqların nişanlarını və adlarını kiçik ölçüdə göstərməklə 
yanaşı, həm də son dəyişmə tarixini, tipini və ölçüsünü əks etdirir. Bu növ 
fayl və qovluq barədə daha ətraflı informasiya verir; 

plitka- fayl və qovluqların nişanlarını və adlarını orta ölçüdə göstərməklə 
yanaşı, həm də tipini və ölçüsünü əks etdirir.
Faylların düzülüşünü özünüz təyin edə (yəni çeşidləyə) bilərsiniz. Bunu 
etmək üçün Explorer (Проводник-Bələdçi) dialoq pəncərəsinin sağ hissəsində 
faylların siyahısı sahəsinin adını seçmək kifayətdir. Sahənin: (Имя-Ad), (Дата 
изменения-Dəyişmə tarixi), (Тип-Tip), (Размер-Ölçü), (Ключевые слова-Açar 
sözləri) kimi adları vardır. Seçilmiş sahənin yanındakı ox işarəsi çeşidləmənin 
istiqamətini (yuxarıdan/aşağı əlifba sırası ilə və ya əksinə) göstərir. İstiqaməti 
dəyişmk üçün sahənin adını təkrar seçin.
Növü seçildikdən sonra fayl və qovluq siyahısı olan sütunun enini dəyişmək 
üçün Table (Таблица-Cədvəl) əmrini istifadə edirlər. Bunun üçün arakəsmə 
xəttini mausla tutub çəkmək lazımdır.
Explorer (Проводник-Bələdçi)nin köməyilə fayl və qovluqların üzünü və 
özünü köçürmək, adını dəyişmək və ləğv etmək çox asandır. 
Explorer (Проводник-Bələdçi) proqramının üstünlüklərindən biri bir-neçə 
obyektlə eyni zamanda işləməyə imkan verməsidir. Bunu etmək üçün əvvəlcədən 
klaviaturadakı [Ctrl] düyməsini sıxıb saxlamaqla lazımi obyektləri seçmək lazımdır.
Adətən üzköçürmə ilə yerdəyişmə analoji qaydada aparılır. Sadəcə olaraq 
fərq ondadır ki, üzköçürmə zamanı faylın özü olduğu yerdə qalmaqla dəqiq surəti 
başqa yerə köçürülür. Yerdəyişmə zamanı fayl təzə yerə köçürüldükdən sonra 
köhnə yerindən silinir.
PROQRAMLARIN İŞƏ SALINMASI 
 
Proqram əlavəsini işə salmaq üçün Start (Пуск-Başla) düyməsini seçməklə 
açılan (Главное менью-Baş menyu)nun köməyindən istifadə edilir. Bunun üçün 
(Главное менью-Baş menyu)dakı All programs (Все программы-Bütün 
proqramlar) əmrini seçmək lazımdır. Nəticədə (Главное менью-Baş menyu)nun 
solundakı paneldə qurulmuş proqramların tam siyahısı açılacaqdır. Hər bir 
proqram və qovluq özünəməxsus nişana malikdir. Proqram əlavəsini işə salmaq 
üçün onun adını seçmək lazımdır. Başqa variantlar da vardır. Bəzən proqram 
əlavəsinin nişanı iş masasında yerləşir. Nişanı iki dəfə sıxmaqla onu işə salmaq 
olar. İşə salınan proqramlar .exe tipli olur. Belə faylları Explorer (Проводник-
Bələdçi) dialoq pəncərəsindən də işə salmaq mümkündür.
Nəzərə almaq lazımdır ki, Windows 7 proqramlarını işə salarkən ekrana 
əlavə sorğu pəncərəsi açıla bilər. Bu, kompüteri ziyanverici proqramların 
(virusların) hücumundan qorumaq üçündür. Bu halda ekran qaralır və ekrana 
dialoq pəncərəsi açılır. Dialoq pəncərəsində istifadəçidən bu proqramı işə salmağa 
əmin olduğu soruşulur. Əgər istifadəçi proqramı işə salmağa əmindirsə, onda 
(Разрешить-İcazə), əks halda isə (Отмена-İmtina) variantını seçilir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin