İ N F O R M A T İ K A
____________________________________________________________ 235
Əməlyyat sistemi avtomatik olaraq həmin parametrləri oxuyur. Adapterin
drayverinin versiyası da adapterin xassələri sırasında verilmişdir. Əgər adapter
normal işləyirsə, drayveri dəyişmək məsləhət görülmür.
Dialoq pəncərəsinin (Монитор-Monitor) səhifəsində əməliyyat sistemi
tərəfindən monitorun necə təyin edildiyini görə bilərsiniz.
İstifadə edilən monitorun ekranının yenilənmə tezliyinin çox olması vacibdir.
Tezliyin aşağı qiymətlərində ekrandakı təsvirlərin titrəyişi baş verir. Bu isə
istifadəçinin sağlamlığına mənfi təsir göstərir (tezlik 75 hersdən az olmamalıdır).
Maye-kristal monitorların tezliyi barədə məlumat onlarla bir yerdə satılan
məlumat kitabçasında verilir.
Dostları ilə paylaş: