İ N F O R M A T İ K A
____________________________________________________________
226
Səs qoşulmuş hadisələr dinamik (səsucaldan) şəkli ilə nişanlanmışdır.
Hadisəyə qoşulmuş səsə ilkin baxış keçirmək üçün hadisəni seçın. Windows 7
əməliyyat sistemi yükləndikdə cari səs çığırma, qışqırma formasında olur (şəkil
26.). Açılan (Звуки-Səslər) siyahısında bu hadisə üçün cari səs seçimi
göstərilmişdir. Siyahıdakı istənilən səsi qeyd etməklə seçə bilərsiniz. Bunun üçün
(Применить-Tətbiq et) düyməsini sıxın. Səsi yoxlamaq üçün (Проверить-Yoxla)
düyməsindən istifadə etmək olar.
Əgər sərt diskdə ayrıca saxladığınız fayldakı .wav
genişləndirməsi ilə olan
səsi qoşmaq istəsəniz, onda (Обзор-Baxış) düyməsinə sıxın. Faylın açılmasının
standart pəncərəsindən (şəkil 27.) lazımi qovluğa keçid ala bilərsiniz. Bunun üçün
səsi saxladığınız faylın yerləşdiyi qovluğu seçın. Bunu qovluqlar ağacı üzrə axtarış
aparmaqla da etmək olar. Belə ki, axtardığınız qovluğun
üzərinə mausun oxunu
gətirib sol düyməni iki dəfə sixsanız lazımi faylı görəcəksiniz.
Şəkil 27. Faylların açılması üçün istifadə olunan standart pəncərə
Sonda OK düyməsinə sıxmaq lazımdır.
Dostları ilə paylaş: