İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə179/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   175   176   177   178   179   180   181   182   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
232 
 
Şəkil 32. (Свойства: Мышь-Mausun xüsusiyyəti) dialoq pəncərəsi, (Кнопки 
мыши-Mausun düymələrinin konfiqurasiyası) səhifəsi 
(Скорость выполнения двойного щелчка-İkiqat sıxmanın icra sürəti) 
sahəsində sürüngəci hərəkət etdirməklə tezliyini dəyişmək mümkündür. Tezliyi 
dəyişmək istifadəçiyə məsləhət görülmür. 
EKRANIN PARAMETRLƏRİ 
 
(Персонализация-Fərdiləşmə) dialoq pəncərəsinin aşağı/sol küncündə 
(Экран-Ekran) əmri yerləşir, onu (şəkil 19.) seçməklə ekranın bir sıra 
parametrlərini, o cümlədən, ekranın buraxma qabiliyyətini, rənglərin maksimal 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 233 
sayını və s. sazlamaq olar. Pəncərənin sol hissəsində sazlama parametrlərinin 
adları göstərilmişdir.
Əvvəlcə monitorun buraxma qabiliyyətini dəyişməyi öyrənək. Bunun üçün 
(Настройка разрешения экрана-Ekranın buraxma qabiliyyətinin sazlanması) 
əmrini seçin. Buraxma qabiliyyətini əks etdirən dialoq pəncərsi iş masaına 
açılacaq (şəkil 33.). 
Şəkil 33. Ekranın buraxma qabiliyyətinin sazlanması 
Pəncərənin məzmunu istifadə etdiyiniz kompüterdəki videokartdan və 
monitordan asılıdır.
Əvvəlcə açılan (Разрешение-Buraxma qabiliyyəti) siyahısına diqqət yetirək. 
Bu siyahı ekranın buraxma qabiliyyətini seçməyə imkan verir. 
Buraxma qabiliyyəti yüksək olduqca, nöqtənin ekrana nəzərən ölçüsü kiçik 
olur. Odur ki, buraxma qabiliyyəti yüksəldikcə ekrandakı təsvirlərin keyfiyyəti 
yüksəlir. Lakin maye-kristal (nazik) monitorlar üçün yalnız standart olan buraxma 
qabiliyyəti seçilməlidir. Bu halda ekrandakı şəkli təşkil edən nöqtələrin sayı 
monitorun matrisinin nöqtələri sayına bərabər olur. Əgər buraxma qabiliyyətini 
azaltsanız, onda təsvir ekranda bulanıq görünəcəkdir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin