İ N F O R M A T İ K A
____________________________________________________________ 237
Şəkil 36. Qovluğun seçilməsi
Explorer (Проводник-Bələdçi) dialoq pəncərəsinin işçi hissəsi şaquli xətlə iki
hissəyə ayrılmışdır. Mausdan istifadə etməklə hissələrin ölçüsünü dəyişmək olar.
Explorer (Проводник-Bələdçi) dialoq pəncərəsinin sol hissəsində qovluqlar
ağacı göstərilən sahə vardır. Bu sahədə həm də məntiqi disklər və cari qovluğun
hansı məntiqi diskdə yerləşdiyi görünür.
Qovluq nə qədər dərindədirsə, onun
nişanı bir o qədər sağda yerləşir. Bəzi qovluq və disklərin nişanlarından solda
sağa baxan üçbucaq yerləşir.
Bu o deməkdir ki, belə qovluğun içində başqa
qovluqlar vardır. Üçbucağı qeyd etsəniz həmin qovluqları görərsiniz.
Explorer
(Проводник-Bələdçi) dialoq pəncərəsinin sağ hissəsindəki fayl və qovluq siyahısı
müxtəlif formada əks etdirilə bilir. Şəkil 36-da verilmiş forma cədvəl adlanır. Bu
siyahını dəyişmək üçün 35 saylı şəkildəki pəncərənin yuxarısında (Создать
библиотеку-Kitabxana yarat) əmrindən sağda yerləşən düyməyə aid aşağı baxan
ücbucağı seçmək lazımdır. Bu zaman aşağıdakı siyahı növləri görünəcəkdir:
böyük nişanlar – fayl və qovluqların nişanlarını və adlarını çox böyük
ölçüdə əks etdirir;
iri nişanlar - fayl və qovluqların nişanlarını və adlarını xeyli iri ölçüdə əks
etdirir;
adi nişanlar - fayl və qovluqların nişanlarını və adlarını
orta ölçüdə əks
etdirir;
xırda nişanlar - fayl və qovluqların nişanlarını və adlarını kiçik ölçüdə,
soldan-sağa sətrlər şəklində və yuxarıdan-aşağı
yerləşdirməklə əks etdirir;
siyahı - fayl və qovluqların nişanlarını və adlarını kiçik ölçüdə, yuxarıdan-
aşağı sütunlar şəklində və soldan-sağa yerləşdirməklə əks etdirir;