İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


FAYLLARLA VƏ QOVLUQLARLA İŞ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə181/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   177   178   179   180   181   182   183   184   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

FAYLLARLA VƏ QOVLUQLARLA İŞ 
 
Dərslikdə artıq bir-neçə dəfə qeyd edilmişdir ki, bütün informasiya 
kompüterin yaddaş disklərində fayl şəklində saxlanır. Fayllar, sadəcə olaraq, 
məntiqi disklərdə və ya qovluqlarda saxlana bilər. Bir qovluq digər qovluğun 
içində də yerləşə bilər.
Əməliyyat sistemi hər bir fayl və qovluq üçün təsvir saxlayır. Təsvir o qədər 
də böyük deyil və özündə bəzi xassələri əks etdirir. Bunlar faylın (qovluğun) 
atributları adlanır. Məsələn, hər bir fayl üçün faylın ölçüsü, yaradılma tarixi, son 
dəyişiklik tarixi, istifadəçinin bu faylla işləmək hüququ saxlanır və s.
Bütün fayllar, qovluqlar, onların atributları və təsvirləri, məntiqi diskdə 
yerləşmələri çoxluğu fayl sistemi adlanır. Müxtəlif əməliyyat sistemlərinin fərqli 
fayl sistemləri vardır. Windows 7 əməliyyat sistemində NTFS fayl sistemindən 
istifadə edilir. Bəzi məntiqi diskləri Windows-un əski versiyalarında istifadə edilən 
köhnəlmiş fayl sistemi olan FAT32 sisteminə formatlaşdırmaq olur.
Fayl və qovluqlar ekranda təsvir edilərkən onların adlarına nişanlar əlavə 
edilir. Nişanlar obyektləri fərdiləşdirmək üçün istifadə edildiyindən, hər bir 
obyektə təkrarolunmaz (unikal) nişan verilir. 
Faylın tipi tanınmadıqda, ona boş vərəq nişanı verilir.
Bəzən faylda heç bir dəyişiklik etmədən ya üzünü, ya da özünü bir 
qovluqdan digərinə, bəzən də bir və ya bir-neçə qovluğun üzünü və ya özünü 
köçürmək tələb olunur. Bəzən də artıq lazım olmayan faylları diskdən silib yaddaşı 
azad etmək zəruri olur. Bütün bu əməliyyatları icra etmək üçün fayl menecerləri 
adlanan xüsusi proqram əlavəsi vardır. 
Windows 7 əməliyyat sistemində Explorer (Проводник-Bələdçi) adlanan fayl 
menecerindən istifadə olunur. 
Explorer (Проводник-Bələdçi)ni ekrana çağırmaq üçün bir-neçə üsuldan 
istifadə mümkündür. Ən sadə üsul (Панель задач-Мəsələlər paneli)nin sol 
hissəsində yerləşən Explorer (Проводник-Bələdçi) nişanını seçməkdir. 
Digər üsulun yerinə yetirilmə ardıcıllığı belədir: Mausun oxunu Start (Пуск-
Başla) menyusundakı Start (Пуск-Başla) düyməsinin üzərinə gətirin və sağ 
düyməni sıxın, ekrana açılmış dinamik menyudan Explorer (Проводник-Bələdçi)



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin