İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə174/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   170   171   172   173   174   175   176   177   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 221 
yetirmək üçün (Обзор папок-Qovluqlara baxış) dialoq pəncərəsindən uyğun 
qovluğu seçin və qovluğun sol tərəfində sağa istiqamətlənmiş üçbucağı qeyd edin 
(şəkil 22.). 
Şəkil 22. Qovluqların seçilməsi üçün iş masasına açılmış dialoq pəncərəsi 
Bu zaman kompüterinizin sərt diskindəki məntiqi disklərin siyahısı, CD və 
DVD-disklərin disksürücüləri və kompüterinizə qoşulmuş digər informasiya 
yığıcıları ekrana açılmış dialoq pəncərəsində görünəcəkdir (şəkil 23.). 
Şəkli saxladığınız diskin adını seçin. Bu zaman diskdəki qovluqların siyahısı 
görünəcək (şəkil 24.). Əgər axtardığınız şəkil başqa qovluğun içindədirsə, həmin 
qovluğu tapıb seçın. Şəklin saxlandığı qovluq açıldıqda şəkli seçıb aktivləşdirin və 
OK düyməsinə sıxın. Nəticədə şəkil 21-də verilmiş dialoq pəncərəsindəki 
şəkillərdən istədiyinizi seçə bilərsiniz. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
222 
Aydındır ki, şəklin ölçüsü ekranın ölçüsünə uyğun gəlməyə bilər. Bundan 
narahat olmaq lazım deyil, çünki əməliyyat sistemi istifadəçiyə iş masasında şəkli 
necə yerləşdirmək məsələsini ekrana açılmış (Положение рисунка-Şəklin 
vəziyyəti) adlı dialoq pəncərəsindən istifadə etməklə həll etməyə köməklik edir. 
Dialoq pəncərəsində (Заполнение-Doldurma), (По размеру-Ölçüyə görə), 
(Растянуть-Çəkib uzatmaq), (Замостить-Döşəmək), (По центру-Mərkəzə görə) 
kimi variantlar verilir. Hər bir şəklin solunda verilən yerləşmə variantı fonun necə 
olacağını istifadəçiyə göstərir. 
Şəkil 23. Məntiqi disklərin seçilməsinə imkan verən dialoq pəncərəsi 
İş masası üçün eyni zamanda bir-neçə şəkil seçmək olar. Təyin etdiyiniz 
vaxt intervalına uyğun olaraq həmin şəkillər ekranda bir-birini əvəz edəcəkdir. 
Bunu etmək üçün öncə istədiyiniz şəkli seçın, [Ctrl] düyməsini sıxıb saxlayın və 
digər şəkilləri seçın. Nəticədə həmin şəkillər qeyd olunacaqdır. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin