İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


WINDOWS 7-NİN HELP( СПРАВКА-YARDIM) SİSTEMİ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə172/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   168   169   170   171   172   173   174   175   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

WINDOWS 7-NİN HELP( СПРАВКА-YARDIM) SİSTEMİ 
Yardım sistemi olduqca çoxsaylı və cürbəcür informasiya almağa kömək 
edir. Yardım sistemini qoşmaq üçün Start (Пуск-Başla) düyməsinə sıxıb Help
(Справка и поддержка-Yardım və dəstəkləmə) əmrini seçmək kifayətdir (şəkil 
17.).
Açılan dialoq pəncərəsində yardım almaq istədiyiniz mövzuları seçmək 
imkanı təklif edilir. Mövzular hiperiqtibaslar şəklində verilmişdir. Hiperiqtibaslar 
digər mətndən rəngi ilə seçilir. Mausun oxunu hiperiqtibas üzərinə gətirən kimi 
kursor əl forması alır. Hiperiqtibasın mətni isə altdan xətt çəkilmiş şəklə düşür. 
Hiperiqtibasa sıxdıqda seçilmiş bölmə açılır. Seçilmiş bölmədəki mətndə də 
hiperiqtibaslar rast gələ bilir. Bunlar da əsas mətndən rəngi ilə fərqlənir. Bunlara 
sıxdıqda müvafiq informasiya ekrana gəlir. Əvvəlki informasiyaya qayıtmaq üçün 
sola ox düyməsinə sıxmaq kifayətdir. Əgər bayaqkı informasiyaya bir də baxmaq 
istəsəniz sağa ox düyməsinə sıxın. Mövzuların siyahısına cəld qayıdışı təmin edən 
ayrıca düymə vardır. 
Yardım məlumatları arasında lazımi məlumatı söz və ya sözbirləşməsinin 
köməyilə axtarmaq istəsəniz (Поиск в справке-Yardımda axtarış) yazılmış axtarış 
sahəsindən istifadə edin. Bu sahəni seçin, kursor ekranda görünən kimi 
axtardığınız sözü həmin sahəyə daxil edin və [Enter] düyməsini sıxın (şəkil 17.). 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 217 
 
Şəkil 17. Help (Справка и поддержка-Yardım və dəstəkləmə) dialoq pəncərəsi 
WINDOWS 7-NİN TƏRTİBATININ SAZLANMASI 
İş masasının tərtibatı üçün bəzi parametrləri, məsələn, masanın arxa 
planını, fonunu əməliyyat sistemini qurarkən vermək olur. Bəzən arxa planı və 
fonu dəyişmək lazım gəlir. Bu, pəncərənin xarici görünüşünə də, müxtəlif 
əməllərin icrası zamanı çıxarılan səslərə də eyni dərəcədə aiddir.
Windows 7-nin tərtibatının parametrlərini dəyişmək üçün mausun sağ 
düyməsini iş masasının istənilən boş yerində sıxın (şəkil 18.). 
Windows sazlamalarının bəzilərini dəyişmək istəsəniz Sizdən inzibatçı 
hüququ tələb olunacaqdır. Çünki, əməliyyat sistemi qurularkən hökmən inzibatçı 
hüququ olan istifadəçi nəzərdə tutulur. Əgər Siz inzibatçı hüququ ilə işləyən 
istifadəçisinizsə, onda istədiyiniz parametri dəyişə bilərsiniz. Əks halda sistem 
Sizdən parol tələb edəcəkdir. Açılan aidi (kontekst) menyuda (Персонализация-
Fərdiləşmə) bəndini seçin. Bu zaman ekrana fərdiləşdirmə pəncərəsi açılacaqdır 
(şəkil 19.). 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin