İ N F O R M A T İ K A ____________________________________________________________
210
Games (Игры-Oyunlar) - Windows 7-nin tərkibinə daxil olan standart
oyunlar toplanmış pəncərəni açır. İstədiyiniz oyunu ekrana aça bilərsiniz.
Computer (Компьютер-Kompüter) – Kompüterinizdəki əlçatan bütün
məntiqi diskləri və disk srücülərini (CD və DVD-disk sürücülərini) göstərən
pəncərəni açır;
Control Panel (Панель управления-İdarəetmə paneli) - Windows 7-nin
sazlamaları olan pəncərəni açır. Bu sazlamaların bəziləri barədə dərslikdə
sonra ətraflı bəhs ediləcəkdir;
(Устройства и принтеры-Qurğular və printerlər) – qurulmuş printerlərin
siyahısı olan pəncərəni açır.
(Программы по умолчанию-Susmaya görə proqramlar) – müəyyən
standart əməliyyatların icrası zamanı və ya müxtəlif tip faylların emalı
üçün susma qaydasında işə qoşulan proqramları ekrana çağırıb sazlamağa
imkan verir;
Help (Справка и поддержка-Yardım və dəstəkləmə) - Windows 7-nin
yardım sistemini ekrana çağırmağa imkan verir.
Əsas menyunun aşağı sol hissəsində müxtəlif fayl və proqramların axtarışı
üçün sahə vardır. Kursoru həmin sahə üzərinə gətirdikdə, o, istifadəçiyə axtarış
obrazını, yəni axtarılanın adını haradan daxil etməyi göstərir. Tapılmış faylın
üzərinə mausun oxunu gətirib sol düyməni sıxmaqla onu açmaq olar (şəkil 11.).
Əsas menyunu ekrandan götürmək üçün onun
piktoqramı üzərinə
mausun oxunu gətirib sol düyməni bir dəfə sıxmaq kifayətdir. Bu əməliyyatı Start
(Пуск-Başla) düyməsini və ya klaviaturanın sol yuxarı küncündəki [Esc] düyməsini
sıxmaqla da yerinə yetirmək mümkündür.
İ N F O R M A T İ K A ____________________________________________________________ 211
Şəkil 11. İstifadəçiyə lazım olan faylların axtarılması