İ N F O R M A T İ K A
____________________________________________________________
212
Şəkil 12. İstifadə olunan əlifbanın sazlanması üçün istifadə olunacaq dialoq
pəncərəsinin iş masasına açılmasından ötrü istifadə edilən dinamik menyu
Şəkil 13. Əlifbanın sazlanması
dialoq pəncərəsi
İ N F O R M A T İ K A
____________________________________________________________ 213
Bu zaman ekrana dialoq pəncərəsi açılacaq (şəkil 13.). İş masasına açılmış
dialoq pəncərəsində klaviaturanın dəyişikliyə uğradılması içliyinə keçib lazımi adı
seçin. Burada (Сменить-Dəyişdir) düyməsinə sıxmaqla lazımi düymələr
kombinasıyasını seçin. Bu zaman seçilmişin solundakı duyməcik aktivləşməlidir.
Bundan sonra OK düyməsinə sıxın.
TARİX VƏ ZAMANIN DƏYİŞDİRİLMƏSİ
Əməliyyat sistemində tarix və zamanı dəyişmək üçün Taskbar (Панель
задач-Мəsələlər paneli)nin sağ ucundakı tarix və vaxtın cari qiymətini qeyd edin.
Cari ayı göstərən təqvimi və saat sferblatını əks
etdirən dialoq pəncərəsi iş
masasına açılacaq (şəkil 14.).
Digər ayların təqviminə də baxmaq olar. Aylar üzrə irəli-geri hərəkət etmək
üçün ay adlarının sağında və solunda yerləşən qara rəngli üçbucaqlara sıxın. Bu
əməliyyat
nə tarixi, nə də vaxtı dəyişdirmir. Bunları
dəyişdirmək üçün
(Изменение настроек даты и времени-Tarix və vaxtın sazlanmasının
dəyişdirilməsi) iqtibasına sıxmaq lazımdır. Ekrana açılan pəncərə (şəkil 15.) üç
səhifədən ibarətdir:
Date and Time (Дата и время-Tarix və zaman);
Time Zone (Дополнительные часы-Əlavə saatlar);
Internet Time (Время Интернета-İnternet vaxtı).
Şəkil 14. Cari ayı göstərən təqvim