İ N F O R M A T İ K A
____________________________________________________________ 245
FƏSİL XI. MICROSOFT WORD MƏTN
REDAKTORU 2007
Microsoft Word mətn redaktoru müxtəlif mürəkkəblik səviyyəsinə malik olan
mətn sənədləri ilə işləmək üçün çox güclü vasitədir. Bu redaktor mətn sənədinə
şəkil
və cədvəlləri əlavə etməyə, abzasları həm nişanlı, həm də nömrələrlə
formatlaşdırmağa imkan verir.
Redaktor zəngin instrumentariyaya malikdir. Bunların
köməyi ilə gözəl və
müəyyən üsluba malik (stilə malik), çox sütunlu və dekorativ elementli sənədlər
hazırlamaq mümkündür.
Sənədlər üzərində bir-neçə istifadəçi işlədyi halda birgə işləmək
mexanizmlərindən istifadə etmək olar.
Əgər Siz Microsoft Word redaktorunun əvvəlki versiyalarından
istifadə
etməmişsinizsə, yeni versiya Sizi özünün interfeysi və yenilikləri ilə heyran
edəcəkdir.
MƏTN REDAKTORUNUN İŞƏ SALINMASI
Microsoft Word mətn redaktorunu işə salmaq
üçün mausun oxunu Start
(Пуск-Başla) düyməsinin üzərinə gətirin və sol düyməni sıxın. Bu zaman iş
masasına Home (Главная-Əsas) menyusu açılacaq və açılmış
menyudan All
programs (Все программы-Bütün proqramlar) əmrini seçin. İş masasina açılmış
altmenyudan Microsoft Office qovluğunu, sonra isə Microsoft Word 2010
əmrini
seçin. İş masasına əməliyyat sisteminin pəncərsi açılacaqdır.
PƏNCƏRƏNİN ELEMENTLƏRİ
Windows 7-nin bütün pəncərələri kimi, Microsoft Word 2010
pəncərəsinin
də yuxarısında sərlövhə sətri yerləşir (şəkil 38.). Sərlövhə sətrinin sol ucunda
proqram əlavəsinin nişanı, orta hissəsində Microsoft Word yazısı, sağ ucunda isə
pəncərəni idarə etmıək üçün standart düymələr yerləşir.
Proqram əlavəsinin
nişanından sağda qısa yol düymələri yerləşən paneldə ardıcıl şəkildə düymələr
dəsti düzülmüşdür. Bura Save (Сохранить-Yaddaşa Yaz), Undo (Отменить
действие-Əməliyyatı ləğv et) və Redo (Повторить действие-Əməliyyatı
bərpa
et) düymələri daxildir.
Sərlövhə sətrinin altında dialoq pəncərəsində olduğu kimi qoşmalar vardır.
Qoşmalar dəsti lent adlanır. Lentlərlə biz artıq tanışıq. Bunlar Windows 7-nin
bütün standart proqram əlavələrində hər yerdə istifadə edilir. Lentdəki qoşmalar:
File (Файл-Fayl), Home (Главная-Əsas), İnsert (Вставка-Daxil et), Page Layout