SƏTİRARASI İNTERVAL
Mətnin formatlaşdırılmasının baxdığımız əsas parametrlərindən əlavə, bir-
neçə parametr də vardır ki, mükəmməl işləmək üçün onları da bilmək lazımdır. Bu
parametrlərdən biri də sətirarası intervaldır.
Sətirarası interval, adından göründüyü kimi, mətnin qonşu sətirləri
arasındakı məsafədir. Bu məsafə müxtəlif ola biləndir. Lakin sətirarası məsafə
müxtəlifliyi yalnız abzaslar arasında olandır. Abzas daxilində sətirarası interval
eyni olur.
Susma prinsipinə görə interval 1,5 qurulmuşdur. Bu, kargüzarlıq üzrə
beynəlxalq standarta tamamilə cavab verir. Parametri dəyişmək üçün Home
(Главная-Baş) qoşmasındakı Paragraph (Абзац-Abzas) qrupunun sağ/aşağı
tərəfindəki düyməni sıxmaq olar (şəkil 47.).
Şəkil 47. Ekarana açılmış Paragraph (Абзац-Abzas) təlqini
İ N F O R M A T İ K A
____________________________________________________________
258
Bu zaman iş masasına Paragraph (Абзац-Abzas) dialoq pəncərəsi açılacaq
(şəkil 48.). Açılan siyahıda əvvəlcədən təyin edilmış interval qiymətlərindən birini
seçmək olar. Əgər Siz (Множитель-Çoxaldıcı) qiymətini seçsəniz, istədiyiniz ədədi
qiyməti daxil edə bilərsiniz.
Şəkil 48. Paragraph (Абзац-Abzas) dialoq pəncərisindən istifadə etməklə
intervalların sazlanması
Yığılmış abzasda sətirarası intervalı dəyişmək üçün əvvəlcə onu ayrılmış
fraqmentə çevirmək lazımdır. Bu pəncərədə, həmçinin abzasönü və abzassonrası
intervalları da təyin etmək olar. Bunun üçün (Интервал-Ara məsafə) qrupundakı
(Перед-Öndəki) və (После-Sonrakı) sahələrindəki ədədi qiymətləri dəyişmək
lazımdır. Bu qiymətlər santimetrlə deyil, bəndlərlə (nöqtələrlə) dəyişdirilir.
İ N F O R M A T İ K A
Dostları ilə paylaş: |