İ N F O R M A T İ K A ____________________________________________________________ 273
Nüsxələrə görə müəyyənləşdirməli) rejimi qoşulmuşdursa, birinci nüsxənin bütün
səhifələri çap edildikdən sonra ikinci nüsxənin çapına keçilir. Əgər bu rejimin
bayraqcığı ləğv edilibsə, onda əvvəlcə birinci nüsxənin göstərilmiş səhifələri çap
edilib, həmin səhifələrin ikinci nüsxəsinin çapına keçilir.
Sənədi printerdə çap etmək üçün (Печать-Çap et) düyməsini sıxın. Sənəd
çap edilməyə başlayacaqdır.
HİPERİQTİBASLARIN TƏRTİBİ Microsoft Word 2010 sənədin mətnində hiperiqtibaslar yerləşdirməyə imkan
verir. Hiperiqtibaslar susma qaydasında mətndən altdan xətt çəkilmiş göy rəngli
kursiv yazı ilə (məsələn,
www.idc.com
kimi) ayrılır. Mətnin bir hissəsini
hiperiqtibasa çevirmək üçün həmin hissəni seçin (qaraldın) və İnsert (Вставка-
Daxil et) qoşmasında (Связи-Əlaqələr) düyməsini sıxın və sonra açılan menyuda
(Гиперссылка-Hiperiqtibaslar) düyməsini sıxın və daha sonra isə açılan
pəncərədə hiperiqtibası seçməklə açılası faylı seçin (şəkil 68.).
Şəkil 68. (Вставка гиперссылки- Hiperiqtibasların daxil olunması) dialoq
pəncərəsi
Hiperiqtibası ləğv etmək üçün onu sağ düymə ilə seçin, açılan dinamik
menyudan (Удалить гиперссылку - Hiperiqtibasları ləğv et) əmrini qeyd edin.
İ N F O R M A T İ K A ____________________________________________________________
274
İ N F O R M A T İ K A ____________________________________________________________ 275
FƏSİL XII. MICROSOFT EXCEL ELEKTRON CƏDVƏLİ 2007