İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə200/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   196   197   198   199   200   201   202   203   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

RƏSMİN DAXİL EDİLMƏSİ
 
Microsoft Word 2010 sənədi müxtəlif şəkillərlə bəzəməyə imkan verir. Bu, 
yalnız təbrik açıqcaları hazırlamaq üçün deyil, həm də ciddi işgüzarlıq sənədləri 
tərtib edilərkən bu və ya digər şəkillərin, müəssisələrin loqotiplərinin, gerbli künc 
ştamplarının daxil edilməsi zərurəti ilə bağlı olur.
Mətnə şəkil Microsoft Office paketində olan şəkillər qalareyasından və 
ixtiyari şəkil faylından daxil edilə bilir.
Şəklin Microsoft Office paketində olan şəkillər qalareyasından daxil edilməsi 
üçün kursoru şəkli daxil etmək istədiyiniz yerə gətirin və Microsoft Word 2010 
pəncərəsinin yuxarı sağ küncündəki Insert (Вставка-Daxil et) qoşmasına daxil 
olun və (Иллюстрация-Şəkil) qrupundan Clip (Клип-Klip) düyməsini sıxın (şəkil 
60.). 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 267 
Şəkil 60. (Иллюстрация-Şəkil) qrupu, Clip (Клип-Klip) düyməsi 
Sənədi redaktə etdiyiniz işçi oblast daralır, sağda Clip (Клип-Klip) adlı sahə 
açılır. Bu sahədə Start (Начать-Başla) düyməsini sıxsanız, Microsoft Office 
paketində olan şəkillər qalareyasında olan bütün şəkillər ekranda əks olunacaq və 
zövqünüzə uyğun şəkli seçə bilərsiniz (şəkil 61.). 
Şəkil 61. (Клип-Klip) düyməsini sıxdıqda ekrana açılmış dialoq pəncərəsi 
İxtiyari şəkil faylından da şəkil daxil etmək olar. Bunun üçün (Вставка-Daxil 
et) qoşmasından Picture (Рисунок-Rəsm) düyməsini sıxın. İş masasına (Вставка 
рисунка-Rəsmin daxil edilməsi) dialoq pəncərəsi açılacaq (şəkil 62.). Dialoq 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
268 
pəncərəsindəki şəkillərdən istənilən birini zövqünüzə uyğun seçin və İnsert 
Вставить-Daxil et) düyməsini sıxın. 
Şəkil 62. (Вставка рисунка-Rəsmin daxil edilməsi) dialoq pəncərəsi 
Daxiletmə üsulundan asılı olmayaraq, şəkil üzərində müəyyən əməllər 
yığımını icra etmək olur. Belə ki, şəkli seçsəniz, onun ətrafında şəkil 63-də 
görünən çərçivə yaranır. 
Şəkil 63. Təsvir ətrafında çərçivənin yaranması 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin