İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə201/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   197   198   199   200   201   202   203   204   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 269 
Mausun oxunu çərçivənin küncündəki dairəciyə yönəltdikdə, kursor diaqonal 
oxlar şəkli alır. Bu vaxt sol düyməni sıxaraq mausu hərəkət etdirsəniz şəklin 
ölçüləri dəyişəcəkdir. Şəklin enini və hündürlüyünü dəyişmək mümkündür. Bunu 
çərçivənin tərəflərində olan kiçik kvadratları mausla sürümək yolu ilə etmək olar. 
Çərçivənin başı üstündəki yaşıl dairəcik şəkli müəyyən bucaq altında fırlatmaq 
üçündür (şəkil 63.). 
Şəkillə bir sırada yalnız bir sətir yerləşir. Çünki şəkil sətrə bir simvol kimi 
daxil edilir. Mətn şəkildən solda və sağda yerləşə bilər. Bu, kursorun şəklin hansı 
tərəfində yerləşməsindən asılıdır.
 
Şəklin yanında bir-neçə sətir yerləşdirmək üçün şəklin mətnlə dövrələnməsi 
parametrlərini təyin etmək lazımdır. Bunun üçün Format (Формат-Format) 
qoşmasındakı (Обтекание текстом-Mətnlə əhatələnmə) düyməsini sıxmaq 
lazımdır. Açılan siyahıda şəklin mətn daxilində yerləşməsi variantlarından 
istədiyinizi seçə bilərsiniz (şəkil 64.). 
Şəkil 64. (Формат-Format) qoşması, (Обтекание текстом-Mətnlə əhatələnmə) 
düyməsi 
Şəklin sazlanması üçün çox sayda alətlərdən istifadə etmək olar.
 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
270 
SƏNƏDİN ÇAP EDİLMƏSİ 
 
Əgər Siz heç vaxt sənəd çap etməyibsinizsə, hər şeydən əvvəl, sənədin 
səhifə kənarlarının parametrlərini nəzarətə götürün və zəruridirsə, onları 
dəyişdirin.
Əsas parametrlər: sənədi çap etmək istədiyiniz kağızın formatı, vərəqin 
yönü və yelənidir. 
Microsoft Word 2010-un müəllifləri yeni yanaşma tətbiq edərək çapa aid 
olanların hamısını menynun (Кнопка “Office”-“Office” Düymələri) dinamik 
menyusunun Print (Печать-Çap et) adlı altmenyusunda toplamışlar. (Кнопка 
“Office”-“Office” Düymələri)ni sıxın, açılan menyudan Print (Печать-Çap et) 
altmenyusunu seçin (şəkil 65.). 
Şəkil 65. Sənədin çapa hazırlanmasının sazlanması 
Menyunun sağ tərəfindəki siyahıda çap parametrləri və ilkin baxış rejimində 
səhifənin obrazı göstərilir ki, mətnin vərəqdə necə yerləşdiyini çap etməzdən 
əvvəl görə biləsiniz (şəkil 66.).



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin