İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə204/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   200   201   202   203   204   205   206   207   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
 
Microsoft Office-in digər versiyalarında olduğu kimi bu versiyaya Microsoft 
Word 2010 mətn redaktoru, Microsoft Excel 2010 cədvəl prosessoru və verilənlər 
bazaları ilə işləmək üçün istifadə edilən Microsoft Access 2010 daxil edilmişdir. 
Çoxlu sayda məsələlər var ki, onları cədvəl formasında həll etmək daha 
münasibdir. Belə məsələlərə hesabatların müxtəlif formaları, bayram tədbirlərinin 
kalkulyasiyası, ailə büdcəsinin planlaşdırılması və s. aid edilə bilər. Microsoft 
Excel verilənlər toplusunun təhlil edilməsi üçün çox münasibdir. İnformasiyanın 
müəyyən hissəsini silmək, onu çeşidləmək, qrafik və diaqram formasında təsvir 
etmək olar. Microsoft Excel 2010-da bu tip məsələləri həll etmək üçün bir sıra 
yeni alətlər mövcuddur. 
MICROSOFT EXCEL 2010-UN İŞƏ SALINMASI 
 
Microsoft Excel 2010 redaktorunu işə salmaq üçün Home (Главная-Baş) 
menyudan All programs (Все программы-Bütün proqramlar) bəndini seçin. Açılan 
siyahıdan Microsoft Office qovluğunu, əmələ gələn altmenyudan isə Microsoft 
Excel 2010 əmrini seçin.
Sərlövə hissəsində Book 1-Microsoft Excel (Книга1-Microsoft Excel – Kitab1-
Microsoft Excel) yazısı olan pəncərə ekrana açılacaq (şəkil 69.). Pəncərənin iş 
sahəsində xanaları bir-birindən ayıran tordan ibarər olan təmiz iş vərəqi 
görünəcək.


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
276 
Şəkil 69. Microsoft Excel 2010-un proqram pəncərəsi 
Sərlövhədən solda əlavənin nişanı, sağda isə cəld müraciət alətləri (qısa yol 
düymələri) olan lövhə yerləşir.
Bu lövhədə ilkin olaraq soldan sağa əməliyyatı yaddaşda saxlamaq, 
əməliyyatdan imtina etmək və əməliyyatı təkrar bərpa etmək üçün istifadə edilən 
düymələr və s. yerləşir.
Sərlövhədən altda lent (menyu sətri) yerləşir. Lentdə File (Файл-Fayl), 
Home (Главная-Baş), Insert (Вставка-Daxil et), Page Setup (Разметка 
страницы-Səhifə 
quruluşu), 
(Формулы-Formulalar), 
(Данные-Verilənlər), 
(Рецензирование-Resenziya vermə) və View (Вид-Görünüş) adlanan qoşmalar 
(menyular) yerləşir. Qoşmanın məzmununu görmək üçün mausun oxunu onun 
adının üzərinə gətirib, sol düyməni sıxmaq lazımdır. Siz ilkin olaraq Home 
(Главная-Baş) qoşmasını görəcəksiniz.
Qoşma – üzərində idarəetmə elementləri (düymələr, açılan siyahılar, sahələr 
və s.) yerləşən zolaqdır. Bir neçə element bir qrupda birləşə bilər. Bu halda həmin 
elementlər çərçivəyə alınır və çərçivənin aşağı hissəsində qrupun adı yazılır.
Qoşmalardan altda formula sətri yerləşir. Cari oyuğa (xanaya) nə daxil 
edilirsə nişanından sağda yerləşən formula sətrində əks etdirilir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin