İ N F O R M A T İ K A
____________________________________________________________
278
düyməni sıxmaqla iş vərəqindən digər iş vərəqinə keçmək olar. Susma prinsipi ilə
iş vərəqləri (Лист1-Vərəq1), (Лист2-Vərəq2), (Лист3-Vərəq3) və i.a. adlanır.
Həm iş kitabının bütün iş vərəqlərinə, həm də istənilən iş vərəqinə fərqli ad
vermək olar. Bundan ötrü adı dəyişdirilməli olan iş vərəqinin adı üzərində sağ
düyməni sıxıb, açılan kontekst menyudan (Переименовать-Yenidən adlandırma)
əmrini seçmək və lazım olan adı daxil etmək lazımdır. Bundan sonra iş vərəqinin
ixtiyari xanası (oyuğu) üzərində sol düyməni sıxmaqla təzə adı görmək
mümkündür.
Microsoft Excel 2010 pəncərəsinin aşağı sağ kuncündə yerləşən
sürüşdürmə düyməsini (məkiyi) hərəkət etdirməklə vərəqdəki təsvirin miqyasını
dəyişmək olur. Məkiyi minus işarəsi yazılan dairəyə yaxınlaşdıranda vərəqin təsviri
kiçilir (iş vərəqi istifadəçidən uzaqlaşır), plyus yazılan dairəyə yaxınlaşdıranda isə
iş vərəqinin təsviri böyüyür (iş vərəqi istifadəçiyə yaxınlaşır).
Microsoft Excel 2010-da üfqi fırlatma zolağı sağ aşağı küncdə yerləşir.
Dostları ilə paylaş: