OYUQLARIN AVTOMATİK DOLDURULMASI Bəzən uzun siyahını nömrələmək və ya çoxsaylı tarixlər üzrə cədvəl tərtib
etmək lazım gəlir. Çoxsaylı eyni tip verilənlərin daxi edilməsi həm maraqsız, həm
də bezdirici olur.
Microsoft Excel 2010-da oyuqların müəyyən qanunauyğunluqla dəyişən
eynitip verilənlərlə doldurulması üsulu nəzərdə tutulmuşdur. Qanunauyğunluğu
Microsoft Excel 2010 özu müəyyən edə bilər. Bu üsudan istifadə etmək üçün
əvvəlcə 3 oyuğa ilkin qiymətlər daxil edin. Qiymətlər daxil edilən oyuqları ayırın.
Mausun oxunu ayırma çərçivəsinin aşağı sağ küncündə yerləşən kiçik kvadrat
üzərinə elə yerləşdirin ki, ox “plyus” işarəsi formasını alsın. Mausun sol düyməsini
İ N F O R M A T İ K A ____________________________________________________________ 293
sıxılmış vəziyyətdə saxlayıb oxu avtomatik doldurmaq istədiyiniz bütün oyuqlar
üzrə sürüyün və sol düyməni buraxın (şəkil 85.).
Şəkil 85. Oyuqların avtomatik doldurulması
Sizin daxil etdiyiniz verilənlərin dəyişmə qanunauyğunluğunu Microsoft Excel
2010 tanıyanda oyuqlar müvafiq qiymətlərlə avtomatik doldurulur.
VERİLƏNLƏRİN ÇEŞİDLƏNMƏSİ Veriənləri təhlil etmək üçün onları müxtəlif əlamətlər üzrə çeşidəmək
lazımdır. Daxil edilən verilənləri artma və ya azalma istiqamətində avtomatik
çeşidləmək olar.
Bir sütunda yerləşən verilənləri çeşidləmək üçün çeşidlənəsi verilənlər
yerləşən oyuqlar qrupunu ayırmaq, sonra isə (Главная-Əsas) qoşmasındakı Edit
(Редактирование-Redaktə) qrupuna daxil olan (Сортировка и фильтр-
Çeşidləmə və süzgəc) düyməsini sıxmaq lazımdır (şəkil 86.).
Bu zaman ekrana ceşidləmə istiqamətini müəyyən etməyə imkan verən
menyu açılır.