İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə211/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   207   208   209   210   211   212   213   214   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 287 
Şəkil 77. Verilənlərin formatının müəyyən edilməsi 
 
Şəkil 78. Verilənlər üçün pul formatının seçilməsi 
Ədədi formatlar üçün vergüldən sonrakı mərtəbələrin sayını tez 
artırıb/azaltmaq üçün Home (Главная-Əsas) qoşmasinda bu məqsəd üçün 
nəzərdə tutulan düymələrdən istifadə edilir (şəkil 79.). 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
288 
Şəkil 79. Düymələr qrupu 
ƏDƏDİ (HESABİ) VERİLƏNLƏR ÜZƏRİNDƏ YERİNƏ 
YETİRİLƏN SADƏ ƏMƏLİYYATLAR 
Hesabi verilənlər daxil edilmiş oyuqlar qrupu üzərində bir sıra hesab əməlləri 
(məsələn, oyuqlardakı qiymətlərin cəminin hesablanması, oyuqların sayının 
hesablanması və s.) yerinə yetirilə bilər.
Məsələn, 80 saylı şəkildə göstərilən cədvəldə seçilmiş (qeyd edilmiş) sütun 
üzrə (C sütunu) pul məbləğlərinin yekun cəmini hesablamaq lazımdır. Bundan 
ötrü mausun oxunu məbləğlər göstərilən sütunun altında yerləşən boş oyuğa 
gətirib sol düyməni sıxın. Seçilmiş oyuq cari oyuğa çevriləcək.


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 289 
Şəkil 80. Yekun hesablanacaq oyuğun müəyyən edilməsi
Bundan sonra mausun oxunu Home (Главная-Əsas) qoşmasının sağ 
hissəsində yerləşən və üzərində 
(cəm işarəsi) həkk edilmiş düymənin üzərinə 
gətirin və sol düyməni sıxın (şəkil 81.). 
 
Şəkil 81. 
işarəsi olan düymə və ona daxil olan əmrlər 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
290 
Əməliyyat yerinə yetirilən kimi hesabi verilənlər 82 saylı şəkildə göstərilən 
kimi ayrılacaqdır. 
Şəkil 82. Cəmlənəcək oyuqlar diapazonu
Diqqət yetirin ki, nəticə alınmalı olan cari oyuqda =СУММ(С2:С6) formulu 
görünür. Bu o deməkdir ki, C2-dən C6-ya kimi olan oyuqların məzmunları 
toplanacaq. Burada C sütunu, C-dən sonrakı ədəd isə sətrin nömrəsini göstərir. 
Beləliklə, biz C sütununda 2 nömrəl sətrdən başlayaraq 6 nömrəli sətr də daxil 
olmaqla bütün oyuqlarda yerləşən qiymətlərin cəmini tapırıq. Nəticəni əldə 
etməkdən ötrü [Enter] düyməsini sıxmaq lazımdır. 
Əgər ayrılmış oyuqların cəmi düz olmasa və ya qiymət sıfıra bərabər 
alınarsa, ayrılmış oyuqların formatını yoxlayın. Belə vəziyyət çox vaxt oyuqların 
hamısının və ya bir hissəsinin ədədi formatda tanınmadığı hallarda baş verir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin