İ N F O R M A T İ K A
____________________________________________________________
282
Şəkil 73. Sətrin hündürlüyünün dəyişdirilməsi
OYUQLAR QRUPUNUN AYRILMASI
Oyuqların hər biri üçün müxtəlif parametrlər vermək olar, yəni onları
çərçivəyə almaq və ya fonunun rəngini dəyişmək olar.
Lakin cədvəldə belə
oyuqların (xanaların) sayı çox olanda hər bir oyuq üçün bu işi ayrıca görmək çox
vaxt aparır. Belə halda oyuqlar qrupunu ayırmaq və bu işi ayrılmış oyuqların
hamısı üçün bir dəfəyə yerinə yetirmək olar. Oyuqlar qrupunu ayırmaq üçün
mausun oxunu ayrılmalı olan oyuqlar qrupunun yuxarı sol küncündəki oyuğa
yerləşdirib, sol düyməni sıxılmış vəziyyətdə saxlayıb, oxu ayrılası oyuqlar
qrupunun aşağı sağ küncündə yerləşən oyuğa gətirib
sol düyməni buraxmaq
lazımdır (şəkil 74.).
Ayrılan oyuqlar qrupu cari oyuqda olan kimi çərçivə ilə ayrılır. Eyni vaxtda
bir neçə oyuqlar qrupu ayırmaq olar. Bu halda əvvəlcə birinci oyuqlar qrupunu
yuxarıda şərh edilən qayda ilə ayırmaq, novbəti oyuqlar qruplarını ayıranda isə
klaviaturadakı [Ctrl] düyməsini sıxılmış vəziyyətdə saxlamaq lazımdır.
Sol düyməni latın hərfi yazılan düzbucaqlı üzərində sıxanda
bütövlükdə
sütun, sol tərəfdə sətri göstərən ədədlər yazılan düzbucaqlı üzərində sıxanda isə
bütövlükdə sətr ayrılır.