İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə216/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   212   213   214   215   216   217   218   219   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
298 
Şəkil 92. Legendanin formatinin tənzimlənməsi 
Şəkil 93. “İşıqlandırma və səlisləşdirmə”
kateqoriyası 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 299 
Əgər münasib diaqram tipi seçməmisinizsə, onu həmişə dəyişə bilərsiniz. 
Bundan ötrü əgər diaqram oblastı ayrılmayıbsa, sol düyməni diaqram oblastında 
sıxın. Sonra Design (Конструктор - Konstruktor) qoşmasındakı (Изменить тип 
диаграммы - Diaqramın tipini dəyişdir) düyməsini sıxmaq lazımdır. Ekrana 
müxtəlif diaqram tiplərini seçməyə imkan verən pəncərə açılacaq. 
İNFOƏYRİLƏR 
Microsoft Excel 2010-da verilənlərin dəyişiməsini əyani göstərmək üçün yeni 
alət vardır. Bu 
infoəyrilər
adlanır. Bunlar histoqramlara çox oxşayır, lakin bir 
oyuğun daxilinə yerləşdirmək üçün nəzərdə tutulmuşdur və hər hansı bir 
göstəricinin zamana nəzərən dəyişməsini göstərmək üçün çox münasibdir. 
İnfoəyri əlavə etmək üçün əvvəlcə infoəyri əlavə ediləcək oyuğu ayırmaq, 
sonra isə Insert (Вставка-Daxil et) qoşmasında yerləşən (Инфокривые-İnfoəyri) 
düyməsini sıxmaq lazımdır. Ekrana infoəyrinin formasını seçməyə imkan verən 
menyu açılacaq (şəkil 94.). 
Şəkil 94. İnfoəyrinin əlavə edilməsi 
İnfoəyrini qurmaq üçün sol düyməni sıxdıqda iş masasına (Создание 
инфокрывых-İnfoəyrinin qurulması) dialoq pəncərəsi açılacaqdır (şəkil 95.). 
Dialoq pəncərəsindən istifadə etməklə qurulacaq infoəyrinin (infoəyrilərin) 
parametrlərini sazlamaq mümkündür. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
300 
Şəkil 95. İnfoəyrinin parametrləri dialoq pəncərəsi
Dialoq pəncərəsinin (Диапозон расположение-Yerləşmə diapazonu) 
sahəsində istifadəçinin seçdiyi oyuğun ünvanı yerləşir. Mausun oxunu (Диапозон 
расположение-Yerləşmə diapazonu) sahəsinin sağ tərəfində yerləşən 
düymənin üzərinə gətirib sol düyməni sıxın. Sonra da sol düymə ilə infoəyri 
qurmaq istədiyiniz qiymətlər yerləşən oyuqları ayırın (şəkil 96.) və 
düyməsini 
sıxın. 
Şəkil 96. İnfoəyri qurmaq üçün verilənlərin seçilməsi 
Şəkil 96-da göstərilən pəncərədəki (Диапозон данных-Verilənlərin 
diapozonu) sahəsində oyuqların ünvanı yazılır. Bu pəncərədəki OK düyməsini 
sıxın. İnfoəyri seçilən oyuğa yerləşəcək. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin