İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


CƏDVƏLİN ÇƏRÇİVƏYƏ ALINMASI



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə210/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   206   207   208   209   210   211   212   213   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
CƏDVƏLİN ÇƏRÇİVƏYƏ ALINMASI 
Cədvəlin xanalarını (oyuqlarını) ayıran xətlər oyuqların sərhəddini bildirir və 
həmin xətlər vərəq çap ediləndə çapa çıxmır. Çap zamanı xətlərin hamısının və ya 
bir hissəsinin görünməsini təmin etməklə yanaşı, onlarin tiplərinidə göstərmək 
mümkündür.
Şəkil 76. Cədvılin oyuqlarının çərçivəyə alınması 
Cari oyuğu və ya ayrılmış oyuqları çərçivəyə almaq üçün Home (Главная-
Əsas) qoşmasındakı bu məqsəd üşün nəzərdə tutulan düymənin 
sağ 
tərəfində yerləşən ox işarəsini sıxın və Sizə lazım olan çərçivəyə alma variantını 
seçin. 
Butövlükdə cədvəli ayırıb çərçivəyə almaqla və ya cədvəlin ayrı-ayrı 
hissələrini ayırıb, hər bir hissə üçün fərqli cərçivəyə almadan istifadə etməklə çap 
zamanı nəfis şəkildə formatlaşdırılmış sənəd almaq olar (şəkil 76.). 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
286 
OYUĞUN MƏZMUNUNUN FORMATI 
Oyuğa verilənləri daxil edəndə adətən susma prinsipi ilə nəzərdə tutulan 
müxtəlif tənləşdirmələr yerinə yetirilir. Oyuğa təkcə rəqəmlər daxil ediləndə 
məzmun avtomatik sağ kənara tənləşdirilir. Oyuğa təkcə müxtəlif hərflər daxil 
ediləndə isə məzmun avtomatik sol kənara tənləşdirilir.
Bu ona görə baş verir ki, oyuqların məzmununu tipə görə təsnifləşdirməklə 
yanaşı, bu təsnifatdan asılı olaraq onları müəyyən qayda ilə də emal etmək 
mümkün olsun. Məsələn, əgər sütundakı oyuqlar qrupunun məzmunu ədədlərdən 
ibarət olarsa, həmin ədədlərin yekun cəmini hesablamaq olar. Bundan ötrü isə 
Microsoft Excel 2010 müəyyən edə bilməlidir ki, həmin oyuqlarda təkcə ədədlər 
yazılıb.
Microsoft Excel 2010-un ədədləri avtomatik sağ kənara tənləşdirməsi heç də 
o demək deyil ki, belə tənləşdirməni hökmən saxlamaq lazımdır. Biz sadəcə 
olaraq gördük ki, bu əlamətə görə Microsoft Excel 2010 daxil edilən qiymətləri 
ədəd kimi qəbul edir. 
Sütuna ədədləri daxil edəndən sonra onu istədiyiniz kimi tənləşdirə 
bilərsiniz. Bununla yanaşı, Microsoft Excel 2010-a göstəriş də verə bilərsiniz ki, 
daxil etdiyiniz verilənləri o necə qəbul etsin. Bu məqsədlə verilənin tipini müəyyən 
etmək istədiyiniz oyuqda mausun sol düyməsini sıxın və ya oyuqlar qrupunu 
ayırın. Home (Главная-Əsas) qoşmasındakı Number (Число-Ədədlər) qrupunun 
yuxarı hissəsində, aşağıya istiqamətlənmiş düyməni sıxın (şəkil 77.). Ekrana 
açılmış siyahıdan lazım olan formatı seçin (məsələn, şəkil 78-də verilmiş formatı). 
Tələb olunan formatı müfəssəl göstərə bilmək üçün açılan siyahıdan 
(Другие числовые форматы-Digər ədədi formatlar) bəndini seçmək olar. Bu 
zaman Sizə təklif olunan verilən tiplərinin hər birinin bir neçə variantı olan dialoq 
pəncərəsi masaüstünə açılır (Məsələn, dialoq pəncərəsindən istifadə etməklə 
ədədi (hesabi) verilənlər üçün vergüldən sonrakı işarələrin sayını müəyyən etmək 
olar). Susma prinsipi ilə vergüldən sonra iki işarə nəzərdə tutulur, istifadəçi 
veriləni daha böyük dəqiqlik (30 işarəyə qədər) müəyyən edə bilər. 
Beləliklə, Microsoft Excel 2010 cədəllərin köməyi ilə istifadəçiyə bir sıra 
mühəndis məsələlərini həll etməyə imkan verir. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin