İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə193/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   189   190   191   192   193   194   195   196   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

Qeyd
: .docx tipli fayllar 2007-ci ildən əvvəlki versiyalarda açılmır. Buna 
görə də faylınızı kiməsə göndərəsi olduqda onun orada açılıb-açılmayacağı 
barədə düşünməyiniz lazımdır. Faylın hər yerdə açıla bilməsi üçün onu RTF 
formatında, yəni 
.rtf
genişləndirməsi ilə saxlamaq məsləhətdir. 
 
MICROSOFT WORD-LƏ İŞİN TAMAMLANMASI 
 
Microsoft Word 2010 mətn redaktoru ilə işi tamamlamaq üçün sərlövhə 
sətrinin sağ ucundakı standart bağlama 
düyməsini sıxın.
Əgər üzərində işlədiyiniz sənəd faylda saxlanmışdırsa, Microsoft Word 2010 
həmin fayl pəncərəsini bağlayıb işini sona çatdıracaqdır. Əgər Microsoft Word 
2010 işi sona çatdırmaq əmrini alarkən aşkarlasa ki, faylda yerinə yetirilmiş 
dəyişikliklər nəzərə alınırsa, onda əməliyyat sistemi Sizə iş masasına açılan dialoq 
pəncərəsindəki (Сохранить изменения?-Dəyişikliyi nəzərə almalı?) sualı ilə 
müraciət edəcəkdir. Yes (Да-Hə) düyməsini bassanız, dəyişikliklər saxlanacaq və 
Microsoft Word 2010 işini sona çatdıracaqdır. Əgər No (Нет-Yox) düyməsini 
sıxsanız, dəyişikliklər saxlanılmayacaq və əməliyyat sistemi işini sona 
çatdıracaqdır. Əgər Cancel (Отмена-İmtina) düyməsini bassanız sənəd üzərində 
dəyişiklik aparılmayacaq və Siz işinizi davam etdirə biləcəksiniz. 
SƏNƏDİN AÇILMASI 
 
Hazırlayıb kompüterin yaddaşında saxladığınız sənəd Sizə məlum olan adla 
məlum qovluqdadır. Microsoft Word 2010 –la işi bitirdiniz, lakin müəyyən vaxtdan 
sonra həmin sənəd üzərində işinizi davam etdirmək istəsəniz, necə edəsiniz ki, 
Microsoft Word 2010 həmin sənədi Sizə göstərib redaktə etməyə imkan versin? 
Hazırladığınız sənədi iş masasına açmaq üçün (Office-Office) düyməsini, 
sonra isə açılmış dialoq pəncərəsindən Open (Открыть-Aç) düyməsini sıxın (şəkil 
44.). 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin