İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə191/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   187   188   189   190   191   192   193   194   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 251 
Şəkil 40. Yerinə yetirilən bir neçə əməliyyatın ləğv olunması 
Klaviaturada göstərilən simvollardan başqa sənədə bəzi xüsusi işarələri də, 
məsələn, müəllif hüquqlarını müdafiəetmə işarəsi olan © daxil etmək 
mümkündür. Bunu etmək üçün kursoru həmin simvolun daxil ediləcəyi yerə 
qoyun. İnsert (Вставка-Daxil et) qoşmasındakı Symbol (Символ-Simvol) 
düyməsini sıxın (şəkil 41.). Açılan pəncərədə nisbətən tez-tez istifadə edilən 
simvolların siyahısı görünür. Sizə lazım olan simvolu seçsəniz, simvol kursorun 
mətndə dayandığı yerə düşəcəkdir. 
 
Şəkil 41. © işarəsinin mətndə yerləşdirilməsi ardıcıllığı 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
252 
Əgər təqdim olunan simvollar arasında Sizə lazım olan simvol yoxdursa, 
(Другие символы-Başqa simvollar) bəndini seçin. İş masasına açılmış pəncərədə 
bütün simvollardan ibarət siyahı çıxacaq, istədiyiniz simvolu seçin (şəkil 42.). 
Sonra İnsert (Вставить-Daxil et) düyməsini sıxıb həmin simvolu mətnə daxil edə 
bilərsiniz. Bu əməliyyatdan sonra pəncərə hələ açıq qalır. Əgər başqa simvol daxil 
etməyəcəksinizsə, Close (Закрыть-Bağla) düyəsini sıxıb pəncərəni bağlayın. 
Şəkil 42. Symbol (Символ-Simvol) dialoq pəncərəsi 
 
HAZIRLANMIŞ SƏNƏDİN YADDAŞDA SAXLANMASI 
 
Sənəd yığılıb hazır olduqdan sonra onu adlandırıb fayl formasında sərt 
diskdə saxlamaq lazımdır. Əks halda Microsoft Word 2010 proqramını bağladıqda 
yığdığınız mətn itəcək, zəhmətiniz hədər gedəcəkdir. Sənədi faylda saxlamaq 
üçün sərlövhə sətrinin sol tərəfindəki Save (Сохранить-Yaddaşa Yaz) 
düyməsini sıxın. 
Faylı ilk dəfə yaddaşda saxladıqda standart saxlama pəncərəsi (şəkil 43.) iş 
masasına açılır və istifadəçidən faylın harada saxlayacağını göstərmək tələb 
olunur. Mausun köməyi ilə faylı saxlamaq istədiyiniz qovluğu tapın. Faylın adı olan 
sahədə mausun sol düyməsini sıxıın və kursorun dayandığı yerdə, yəni File name 
(Имя файла-Faylın adı) qutusuna faylın adını daxil edin. Çünki hazırladığınız 
sənəd bu adla yaddaşa yazılacaqdır (saxlanacaqdır). Sonra Save (Сохранить-



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin