İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə194/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   190   191   192   193   194   195   196   197   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 255 
Şəkil 44. (Кнопка “Office”-“Office” Düyməsi)ni sıxmaqla açılmış dinamik 
menyudan sonuncu sənədin ekrana çağırılması 
Əgər Microsoft Word 2010-la işlədiyiniz gündən çox vaxt keçməyibsə, iş 
masasına açılan menyudakı (Последние документы-Sonuncu sənədlər) 
siyahısında öz sənədinizin adını axtarın. Seçilmiş sənəd ekrana açılacaq. 
YAZILIŞ QAYDASININ AVTOMATIK YOXLANMASI 
 
Microsoft Word 2010 susma prinsipinə uyğun olaraq yığdığınız mətnin 
orfoqrafiyasını və punktuasiyasını (durğu işarələrinin qoyulma üsullarını) yoxlayır. 
Bu, sənədi səhvsiz hazırlamağa kömək edir. Microsoft Word 2010 orfoqrafik səhv 
tapan kimi həmin sözün altından dalğalı qırmızı xətt çəkir. Sözlər Microsoft Word 
2010-un tərkibindəki lüğət üzrə yoxlanır. Buna görə də bəzən səhv olmayan 
sözün altından da dalğalı qırmızı xətt çəkilə bilir. Bu ona görə olur ki, Sizin 
seçdiyiniz söz həmin lüğətə düşməmişdir. Səhv gedən sözün üstündə sağ 
düyməni sıxsanız, açılan dinamik menyuda həmin sözün düzgün yazılış qaydası 
göstəriləcəkdir (şəkil 45.). Siyahıdakı düzgün yazılmış sözü seçsəniz, səhv gedən 
söz avtomatik olaraq düzəldiləcəkdir.


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
256 
Şəkil 45. Sözün düzgün yazılmış variantları 
Microsoft Word 2010 baxımından, düzgün qoyulmamış durğu işarələri 
(nöqtə, vergül və s) yaşıl dalğalı xətlə təqdim edilir. Səhv gedən durğu işarəsinin 
üstündə sağ düyməni sıxıb, səbəbini aşkarlaya bilərsiniz. 
Şəkil 46. Sinonimlərin seçilməsi 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 257 
Əməliyyat sistemi səhvən yazılmış müxtəlif sözlərin altından müxtəlif rəngli 
(qırmızı, yaşıl və s.) xətt çəkməklə verdiyi xəbərdarlıqlardan əlavə avtomatik 
olaraq sözlərdə buraxılmış səhvləri düzəldə, səhvən kiçik hərflə başlamış cümlənin 
baş hərfini böyük hərfə dəyişə, “” işarələrini «» işarələri ilə əvəz edə, defisi tireyə 
çevirə bilər və s. 
Yazılış qaydasının yoxlanması rejimini qoşub-açmaq imkanı vardır. Bunun 
üçün (Рецензирование-Resenziya vermək) qoşmasından (Правописание-
Düzgün yazılış) əmri seçilməlidir. İş masasına açılan dialoq pəncərəsində yazılış 
qaydasının yoxlanmasına aid parametrlər toplanmışdır (şəkil 46.). 
Sənədin səviyyəli tərtibatı üçün (Рецензирование-Resenziya vermək) 
qoşmasından (Тезаурус-Tezaurus) əmrini seçməklə əmrin müxtəlif imkanlarından 
istifadə etmək olar.

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin