İ N F O R M A T İ K A
____________________________________________________________
254
saxlamalı olursunuz. Belə hallar üçün xüsusi əmrdən: Save As (Сохранить как-
Yeni adla yaddaşa yaz) əmrindən istifadə etmək olar. Bu halda iş masasına
standart dialoq pəncərəsi açılır. Əgər faylı köhnə adı
ilə başqa yerdə saxlamaq
istəsəniz lazımi qovluğu seçib Save (Сохранить-Yaddaşa yaz) düyməsini sıxın.
Əgər sənədə təzə ad vermək istəyirsinizsə, faylın adı File name (Имя
файла-
Faylın adı) sahəsini seçin, kursoru həmin sahəyə gətirin və sənədə yeni ad verin.
Əgər faylı başqa formatda saxlamaq istəsəniz açılan File type (Тип файла-Faylın
tipi) siyahısından lazım olan formatı seçin.
Dostları ilə paylaş: