İ N F O R M A T İ K A ____________________________________________________________
250
nəzərdə tutulur) keçirib [Shift] düyməsini sıxaraq bu düyməni bassanız ekrana &
işarəsi çıxacaqdır.
Mətni ardıcıl daxil edin. Daxil edilmiş mətndə nəyi isə düzəltmək lazımdırsa,
kursoru həmin yerə gətirin. Bunu etmək üçün mətnin həmin yerində mausun sol
düyməsini sadəcə sıxmaq kifayətdir (kursoru həmin yerə klaviatura üzərindəki
sağa, sola, aşağı, yuxarı ox şəkli olan düymələrin köməyi ilə də gətirmək olar).
Mətn hissəsinin harasa yerləşdirilməsi (qoyulması) lazımdırsa, kursoru həmin yerə
gətirib onu (burada daxil ediləcək mətn hissəsi nəzərdə tutulur) klaviaturadan
yığmaq lazımdır.
Mətn hissəsini silmək (və ya ləğv etmək) üçün bir-neçə üsul vardır:
kursoru siləcəyiniz mətn fraqmentinin soluna qoyun və [Delete] düyməsini
sıxaraq bütün fraqment silinənədək gözləyin;
kursoru siləcəyiniz mətn fraqmentinin sağına qoyun və [BackSpace]
düyməsini sıxaraq bütün fraqment silinənədək gözləyin;
siləcəyiniz fraqmenti mausun sol düyməsini sıxmaqla ayırın (seçin) və
[Delete] düyməsini sıxın.
Yadda saxlayın ki, istənilən son əməliyyatı Delete (Отменить-Ləığv Et)
düyməsini sıxmaqla ləğv etmək olar. Qeyd etmək lazımdır ki, ardıcıl olaraq bir-
neçə əməli təxirə salmaq mümkündür. Bunun üçün Delete (Отменить-Ləığv Et)
düyməsini ardıcıl sıxmaq lazımdır. Təxirəsalma düyməsinin sağındakı aşağıya ox
işarəsini sıxmaqla son əməliyyatların siyahısına baxmaq olar. Bu siyahıdakı
istənilən əməli sıxmaqla ləğvetmə əməliyyatını həyata keçirmək olar. Lakin bu
halda təxirə salmaq istədiyiniz əməldən sonrakı əməllərin hamısı təxirə salınır,
yəni siyahının daxilindəki ayrıca əməli təxirə salmaq mümkün olmur (şəkil 40.).
Ekranda qarşınıza sanki kağız vərəqlər çıxır. Buna görə də səhifə dolduqca
avtomatik olaraq kursor növbəti səhifəyə keçərək mətnin davamının daxil
edilməsinə şərait yaradır. Bu zaman Microsoft Word 2010 pəncərəsinin aşağı sol
hissəsində Page (Страница-Səhifə) sözündən sonra cari səhifə nömrəsindən
sonra səhifələrin ümumi sayı artır.