İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə186/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   182   183   184   185   186   187   188   189   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

 
 
 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
244 
 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 245 
 
FƏSİL XI. MICROSOFT WORD MƏTN 
REDAKTORU 2007 
 
 
 
Microsoft Word mətn redaktoru müxtəlif mürəkkəblik səviyyəsinə malik olan 
mətn sənədləri ilə işləmək üçün çox güclü vasitədir. Bu redaktor mətn sənədinə 
şəkil və cədvəlləri əlavə etməyə, abzasları həm nişanlı, həm də nömrələrlə 
formatlaşdırmağa imkan verir. 
Redaktor zəngin instrumentariyaya malikdir. Bunların köməyi ilə gözəl və 
müəyyən üsluba malik (stilə malik), çox sütunlu və dekorativ elementli sənədlər 
hazırlamaq mümkündür.
Sənədlər üzərində bir-neçə istifadəçi işlədyi halda birgə işləmək 
mexanizmlərindən istifadə etmək olar.
Əgər Siz Microsoft Word redaktorunun əvvəlki versiyalarından istifadə 
etməmişsinizsə, yeni versiya Sizi özünün interfeysi və yenilikləri ilə heyran 
edəcəkdir. 
MƏTN REDAKTORUNUN İŞƏ SALINMASI 
 
Microsoft Word mətn redaktorunu işə salmaq üçün mausun oxunu Start 
(Пуск-Başla) düyməsinin üzərinə gətirin və sol düyməni sıxın. Bu zaman iş 
masasına Home (Главная-Əsas) menyusu açılacaq və açılmış menyudan All 
programs (Все программы-Bütün proqramlar) əmrini seçin. İş masasina açılmış 
altmenyudan Microsoft Office qovluğunu, sonra isə Microsoft Word 2010 əmrini 
seçin. İş masasına əməliyyat sisteminin pəncərsi açılacaqdır. 
PƏNCƏRƏNİN ELEMENTLƏRİ 
 
Windows 7-nin bütün pəncərələri kimi, Microsoft Word 2010 pəncərəsinin 
də yuxarısında sərlövhə sətri yerləşir (şəkil 38.). Sərlövhə sətrinin sol ucunda 
proqram əlavəsinin nişanı, orta hissəsində Microsoft Word yazısı, sağ ucunda isə 
pəncərəni idarə etmıək üçün standart düymələr yerləşir. Proqram əlavəsinin 
nişanından sağda qısa yol düymələri yerləşən paneldə ardıcıl şəkildə düymələr 
dəsti düzülmüşdür. Bura Save (Сохранить-Yaddaşa Yaz), Undo (Отменить 
действие-Əməliyyatı ləğv et) və Redo (Повторить действие-Əməliyyatı bərpa 
et) düymələri daxildir. 
Sərlövhə sətrinin altında dialoq pəncərəsində olduğu kimi qoşmalar vardır. 
Qoşmalar dəsti lent adlanır. Lentlərlə biz artıq tanışıq. Bunlar Windows 7-nin 
bütün standart proqram əlavələrində hər yerdə istifadə edilir. Lentdəki qoşmalar: 
File (Файл-Fayl), Home (Главная-Əsas), İnsert (Вставка-Daxil et), Page Layout 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin