İ N F O R M A T İ K A
____________________________________________________________
246
(Разметка страницы-Səhifə quruluşu), (Ссылки-İstinadlar), (Рассылки-
Göndərmə), (Рецензирование-Resenziya) və View (Вид-Görünüş) adlanır.
Qoşmanı görmək üçün müvafiq qoşmanın adını seçmək lazımdır. Lentin üzərində
öncə Home (Главная- Baş) qoşması görünür.
Şəkil 38. Microsoft Word 2010 əməliyyat sisteminin pəncərəsi
Qoşma nədir? Qoşma – idarəedici elementləri (qoşmaları, siyahıları və s.
ekrana açan) olan zolaqdır. Bir-neçə element bir qrupda birləşdirilə bilər. Bu halda
onlar çərçivəyə salınır. Qrupun adı çərçivənin altında yerləşir.
Şəkil 39-da Font (Шрифт-Yazı Tipi) qrupu göstərilmişdir. Əgər qrupun
adının sağında aşağı sağa ox nişanı varsa, onu seçib əlavə sazlamalar aparmaq
üçün dialoq pəncərəsi açmaq olar.
İşçi oblastın yuxarı və sol hissəsində santimetrlərə bölünmüş xətkeşlər
yerləşə bilər. Bu, sənədin real ölçüsünü göstərdiyindən, mətnin çapa hazırlanması
baxımından çox münasibdir. Çünki ekrandakı hərflərin ölçüsü printerdəki hərflərin
ölçüsünə uyğun olmaya bilər. Sənədin ekranda görünməsi miqyasını dəyişə
bilərsiniz. Printerdə bunu etmək olmaz. Ekranda hərfləri sıxlaşdırmaq və
seyrəltmək mümkün olsa da, printerdə hərflərin ölçüsü dəyişmir. Əgər xətkeşlər
görünmürsə, işçi oblastın sağ yuxarı küncündə lentin altındakı
düyməsini sıxın.
İ N F O R M A T İ K A
____________________________________________________________ 247
Şəkil 39. Font (Шрифт-Yazı Tipi) qrupu
Üfqi və şaquli xətkeşlərdəki ağ sahələr vərəqdəki yelənlərin, boz sahələr isə
səhifənin ölçüsünü göstərir. Üfqi xətkeşdə 3 marker var:
birinci, cari abzasın sol sərhədini;
ikinci, cari abzasın sağ sərhədini;
üçüncü, abzasın ölçüsünü göstərir.
Abzasın ölçüsü sol düyməni sıxıb mausla markeri xətkeş boyu sağa
çəkməklə təyin edilir. Şəklin miqyasını Microsoft Word 2010 pəncərəsinin aşağı
sağ küncündəki sürüngəci sol düyməni sıxaraq hərəkət etdirməklə dəyişə
bilərsiniz. Minus (-) tərəfə hərəkət etdikdə, miqyas kiçilir, vərəq sizdən uzaqlaşır,
plyus (+) tərəfə hərəkət etdikdə miqyas böyüyür, vərəq sizə yaxınlaşır. Miqyas
faizlə göstərilir.
Bir qədər solda 5 düymə yerləşir. Bunlar sənədin əks etdirilməsi rejimlərini
qoşub-açır.
Mətn, susma qaydasında, Page Layout (Разметка страницы-Səhifə
quruluşu) rejimində göstərilir. Çünki bu, daha münasibdir.
|