İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə184/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   180   181   182   183   184   185   186   187   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 239 
WINDOWS 7 ƏMƏLİYYAT SİSTEMİNİN STANDART 
PROQRAMLARI 
 
Windows 7 əməliyyat sistemi ilə birgə bir sıra prroqram əlavələri də alırsınız 
ki, bunlar da gündəlik həyatınızda lazım olur. Bu proqramlar ixtisaslaşdırılmış 
proqram paketlərindən müəyyən qədər zəif olsalar da əksər hallarda qaneedici 
olurlar.
Bu proqram əlavələrindən: Paint qrafik redaktoru, WordPad mətn 
redaktoru, sadə mətn faylları ilə işləmək üçün olan Bloknot, Kalkulyator, 
mikrofondan səs yazan proqram və başqaları misal göstərilə bilər. 
Bütün bu proqramlar (Стандартные-Təhcizatlar) qovluğunda yerləşir. 
PROQRAMLARIN QURULMASI VƏ LƏĞV EDİLMƏSİ 
 
Proqram məhsullarının böyük əksəriyyəti distrubutiv (qurulmaq üçün istifadə 
olunan fayllar dəsti) şəklində göndərilir. Bu proqramlarla işləməzdən əvvəl onları 
kompüterə qurmaq (yükləmək) lazımdır. Adətən yeni proqramın diskini disk 
sürücüsünə daxil edən kimi avtomatik olaraq qurma prosesinin başlanmasını 
təqdim edən menyü açılır. Sizə yalnız ekrana açılan suallara cavab vermək qalır.
Əgər bu baş vermədisə və ya proqram distributivi diskdə deyil, məsələn, 
üzü Sizin kompüterin sərt diskinə (vinçestrinə) köçürülmüşdür. Onda Setup.exe 
adlı fayl distribitivi qovluqda, məsələn, Explorer (Проводник-Bələdçi)dən istifadə 
etməklə, axtarın. Burada da yoxdursa, onda install.exe qovluğunda axtarın. Bu 
faylı iki dəfə işə salın. Sonra ekrana çıxan təlimatı izləyin. 
Qurulmuş proqramı ləğv etmək üçün Start (Пуск-Başla) menyusundan Start 
(Пуск-Başla) düyməsini sıxın, ekrana açılmış (Главная менью-Əsas menyu)dan 
(Панель управления-İdarəetmə paneli) əmrini seçin. 37 sayı şəkildə verilmiş 
dialoq pəncərəsində (Программы-Proqramlar) sözünün altında xırda hərflərlə 
yazılmış (Удаление программы-Proqramların ləğvi) əmrini aktivləşdirin. Bu 
zaman açılan dialoq pəncərəsində qurulmuş proqramların siyahısı görünəcəkdir. 
Mausun sol düyməsini sıxmaqla ləğv etmək istədiyiniz proqramı siyahıdan seçin. 
Sonra Del (Удалить-Ləğv et) əmrini seçin. Bu zaman proqram ya avtomatik ləğv 
edilir, ya da ləğvetməni təsdiqləməyi tələb edən dialoq pəncərəsi ekrana açılır. 
Əgər bu proqram həqiqətən Sizə lazım deyilsə, onda ləğvetməni Yes (Да-Hə) ilə 
təsdiqləyin. 



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin