İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə180/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   176   177   178   179   180   181   182   183   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
234 
Adətən Windows 7 kompüterə yükləndikdə ekranın buraxma qabiliyyəti 
avtomatik təyin edilərək qurulur.
Müasir qrafik adapterlərin çoxu bir neçə monitor qoşmağa və ya şəkli əlavə 
olaraq televizor ekranına çıxarmağa imkan verir. Bir neçə monitorla işləmək üçün 
sazlamalar zamanı sazlamaq istədiyiniz monitoru seçmək imkanı yaradılır. Bunun 
üçün seçim etdiyiniz ekranı qeyd etmək kifayətdir.
Lakin bütün bu sazlamalar yalnız təcrübəli istifadəçilərin işidir. Əks halda elə 
edə bilərsiniz ki, ekranda ümumiyyətlə heç nə görünməz və əlavə vaxt itkisi və 
lazımsız xərclə üzləşməli olarsınız. 
Monitor və qrafik adapterin parametrləri ilə daha ətraflı tanış olmaq üçün 
(Дополнительные параметры-Əlavə parametrlər) əmrini seçin (şəkil 33.). 
Ekrana açılmış dialoq pəncərəsindəki (Адаптер-Adapter) səhifəsində adapterin 
xassələri göstərilmişdir (şəkil 34.). 
 
Şəkil 34. Ekranın digər parametrlərinin sazlanması 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 235 
Əməlyyat sistemi avtomatik olaraq həmin parametrləri oxuyur. Adapterin 
drayverinin versiyası da adapterin xassələri sırasında verilmişdir. Əgər adapter 
normal işləyirsə, drayveri dəyişmək məsləhət görülmür. 
Dialoq pəncərəsinin (Монитор-Monitor) səhifəsində əməliyyat sistemi 
tərəfindən monitorun necə təyin edildiyini görə bilərsiniz.
İstifadə edilən monitorun ekranının yenilənmə tezliyinin çox olması vacibdir. 
Tezliyin aşağı qiymətlərində ekrandakı təsvirlərin titrəyişi baş verir. Bu isə 
istifadəçinin sağlamlığına mənfi təsir göstərir (tezlik 75 hersdən az olmamalıdır).
Maye-kristal monitorların tezliyi barədə məlumat onlarla bir yerdə satılan 
məlumat kitabçasında verilir. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin