İ N F O R M A T İ K A
____________________________________________________________ 227
MAUSUN OXUNUN (KURSORUN) GÖRÜNÜŞÜNÜN
SEÇİLMƏSİ
Mausun oxunun şəkli Sizə çox şeylər söyləyə bilər. Kursor sistemin olduqca
mürəkkəb məsələnin həlli ilə məşqul olduğunu, buna görə də müəyyən qədər
gözləmək lazım gəldiyini, yaxud mətn yığmağın mümkünlüyünü, pəncərənin
ölçülərinin və yerinin dəyişdirilməsi imkanının yarandığını və s. xəbər verə bilir.
Mausun oxunun ala bildiyi şəkilləri görmək və dəyişmək üçün (Персонализация-
Fərdiləşdir) pəncərəsində (şəkil 19.) (Изменить-Dəyişdir) bəndini seçin. Bu
zaman iş masasına (Свойства: Мышь-Mausun xüsusiyyəti) dialoq pəncərəsi
açılacaqdır (şəkil 28.).
Şəkil 28. Mausun oxunun görünüşünün sazlanması
İ N F O R M A T İ K A
____________________________________________________________
228
Dialoq pəncərəsinin (Схема-Sxemlər) sahəsindəki siyahıda kursorun ala
biləcəyi müxtəlif şəkillər verilmişdir. (Настройка-Sazlama) sahəsində kursorun ala
biləcəyi hər bir şəklin yanında onun bu şəkli haradan aldığı barədə məlumat
verilir. Kursorun şəklini seçdikdən sonra OK düyməsini sıxın. İş masasında
mausun oxu şəklini dəyişəcəkdir. Əgər əməliyyatı təsdiqləməsəniz, onda kursor
ekranda əvvəlki şəklində olduğu kimi qalacaqdır.
(Свойства: Мышь-Mausun xüsusiyyəti) dialoq pəncərəsindəki digər
səhifələr haqqında qısa məlumat almaq məqsədəmüvafiqdir.
(ПАРАМЕТРЫ УКАЗАТЕЛЯ-KURSORUN
PARAMETRLƏRİ)
(Параметры указателя-Kursorun parametrləri) səhifəsi kursora digər
şərtlər əlavə etməkdən ötrü istifadə edilir. (Задайте скорость движения
указателя-Kursorun hərəkətinin sürətini təyin et) əmrinin altında yerləşən
sürüngəci sağa/sola sürüməklə kursorun hərəkət sürətini dəyişmək olar.
(Отображать след указателя мыши-Mausun oxunun hərəkətinin izini əks etdir)
əmrini seçməklə oxun hərəkətinin izini müəyyən etmək olar. İstifadəçi əksər
hallarda bu parametri olduğu kimi saxlayır, çünki onun dəyişdirilməsi iş zamanı
onda yorğunluq əmələ gətirə bilər (və ya həmişə yorğunluq əmələ gətirir) (şəkil
29.).
Əgər istifadəçi (Скрывать указатель во время ввода с клавиатуры-
Klaviaturadan istifadə zamanı mausun oxunu gizlətməli) bayraqcığını
aktivləşdirərsə, onda klaviaturadan istifadə zamanı kursor görünməyəcəkdir
(gizlənəcəkdir). Bu, çox münasibdir. Mausu tərpədən kimi kursor yenidən ekranda
görünəcəkdir.
İstifadəçi (Обозначить расположение указателя-Kursorun vəziyyətini
qeyd et) bayraqcığını aktivləşdirsə, onda klaviaturadakı [Ctrl] düyməsini sıxmaqla
kursor daralan çevrə içərisində görünəcək. Bu istifadəçiyə kursorun yerini asan
təyin etməyə imlan verir.
|