İ N F O R M A T İ K A
____________________________________________________________
232
Şəkil 32. (Свойства: Мышь-Mausun xüsusiyyəti) dialoq pəncərəsi, (Кнопки
мыши-Mausun düymələrinin konfiqurasiyası) səhifəsi
(Скорость выполнения двойного щелчка-İkiqat sıxmanın icra sürəti)
sahəsində sürüngəci hərəkət etdirməklə tezliyini dəyişmək mümkündür. Tezliyi
dəyişmək istifadəçiyə məsləhət görülmür.
EKRANIN PARAMETRLƏRİ
(Персонализация-Fərdiləşmə) dialoq pəncərəsinin aşağı/sol küncündə
(Экран-Ekran) əmri yerləşir, onu (şəkil 19.) seçməklə ekranın bir sıra
parametrlərini, o cümlədən, ekranın buraxma qabiliyyətini, rənglərin maksimal
İ N F O R M A T İ K A
____________________________________________________________ 233
sayını və s. sazlamaq olar. Pəncərənin sol hissəsində sazlama parametrlərinin
adları göstərilmişdir.
Əvvəlcə monitorun buraxma qabiliyyətini dəyişməyi öyrənək. Bunun üçün
(Настройка разрешения экрана-Ekranın buraxma qabiliyyətinin sazlanması)
əmrini seçin. Buraxma qabiliyyətini əks etdirən dialoq pəncərsi iş masaına
açılacaq (şəkil 33.).
Şəkil 33. Ekranın buraxma qabiliyyətinin sazlanması
Pəncərənin məzmunu istifadə etdiyiniz kompüterdəki videokartdan və
monitordan asılıdır.
Əvvəlcə açılan (Разрешение-Buraxma qabiliyyəti) siyahısına diqqət yetirək.
Bu siyahı ekranın buraxma qabiliyyətini seçməyə imkan verir.
Buraxma qabiliyyəti yüksək olduqca, nöqtənin ekrana nəzərən ölçüsü kiçik
olur. Odur ki, buraxma qabiliyyəti yüksəldikcə ekrandakı təsvirlərin keyfiyyəti
yüksəlir. Lakin maye-kristal (nazik) monitorlar üçün yalnız standart olan buraxma
qabiliyyəti seçilməlidir. Bu halda ekrandakı şəkli təşkil edən nöqtələrin sayı
monitorun matrisinin nöqtələri sayına bərabər olur. Əgər buraxma qabiliyyətini
azaltsanız, onda təsvir ekranda bulanıq görünəcəkdir.
|