FAYLLARLA VƏ QOVLUQLARLA İŞ Dərslikdə artıq bir-neçə dəfə qeyd edilmişdir ki, bütün informasiya
kompüterin yaddaş disklərində fayl şəklində saxlanır. Fayllar, sadəcə olaraq,
məntiqi disklərdə və ya qovluqlarda saxlana bilər. Bir qovluq digər qovluğun
içində də yerləşə bilər.
Əməliyyat sistemi hər bir fayl və qovluq üçün təsvir saxlayır. Təsvir o qədər
də böyük deyil və özündə bəzi xassələri əks etdirir. Bunlar faylın (qovluğun)
atributları adlanır. Məsələn, hər bir fayl üçün faylın ölçüsü, yaradılma tarixi, son
dəyişiklik tarixi, istifadəçinin bu faylla işləmək hüququ saxlanır və s.
Bütün fayllar, qovluqlar, onların atributları və təsvirləri, məntiqi diskdə
yerləşmələri çoxluğu fayl sistemi adlanır. Müxtəlif əməliyyat sistemlərinin fərqli
fayl sistemləri vardır. Windows 7 əməliyyat sistemində NTFS fayl sistemindən
istifadə edilir. Bəzi məntiqi diskləri Windows-un əski versiyalarında istifadə edilən
köhnəlmiş fayl sistemi olan FAT32 sisteminə formatlaşdırmaq olur.
Fayl və qovluqlar ekranda təsvir edilərkən onların adlarına nişanlar əlavə
edilir. Nişanlar obyektləri fərdiləşdirmək üçün istifadə edildiyindən, hər bir
obyektə təkrarolunmaz (unikal) nişan verilir.
Faylın tipi tanınmadıqda, ona boş vərəq nişanı verilir.
Bəzən faylda heç bir dəyişiklik etmədən ya üzünü, ya da özünü bir
qovluqdan digərinə, bəzən də bir və ya bir-neçə qovluğun üzünü və ya özünü
köçürmək tələb olunur. Bəzən də artıq lazım olmayan faylları diskdən silib yaddaşı
azad etmək zəruri olur. Bütün bu əməliyyatları icra etmək üçün fayl menecerləri
adlanan xüsusi proqram əlavəsi vardır.
Windows 7 əməliyyat sistemində Explorer (Проводник-Bələdçi) adlanan fayl
menecerindən istifadə olunur.
Explorer (Проводник-Bələdçi)ni ekrana çağırmaq üçün bir-neçə üsuldan
istifadə mümkündür. Ən sadə üsul (Панель задач-Мəsələlər paneli)nin sol
hissəsində yerləşən Explorer (Проводник-Bələdçi) nişanını seçməkdir.
Digər üsulun yerinə yetirilmə ardıcıllığı belədir: Mausun oxunu Start (Пуск-
Başla) menyusundakı Start (Пуск-Başla) düyməsinin üzərinə gətirin və sağ
düyməni sıxın, ekrana açılmış dinamik menyudan Explorer (Проводник-Bələdçi)