İ N F O R M A T İ K A
____________________________________________________________
222
Aydındır ki, şəklin ölçüsü ekranın ölçüsünə uyğun gəlməyə bilər.
Bundan
narahat olmaq lazım deyil, çünki əməliyyat sistemi istifadəçiyə iş masasında şəkli
necə yerləşdirmək məsələsini ekrana açılmış (Положение
рисунка-Şəklin
vəziyyəti) adlı dialoq pəncərəsindən istifadə etməklə həll etməyə köməklik edir.
Dialoq pəncərəsində (Заполнение-Doldurma), (По размеру-Ölçüyə görə),
(Растянуть-Çəkib uzatmaq), (Замостить-Döşəmək), (По центру-Mərkəzə görə)
kimi variantlar verilir. Hər bir şəklin solunda verilən yerləşmə variantı fonun necə
olacağını istifadəçiyə göstərir.
Şəkil 23. Məntiqi disklərin seçilməsinə imkan verən dialoq pəncərəsi
İş masası üçün eyni zamanda bir-neçə şəkil seçmək olar.
Təyin etdiyiniz
vaxt intervalına uyğun olaraq həmin şəkillər ekranda bir-birini əvəz edəcəkdir.
Bunu etmək üçün öncə istədiyiniz şəkli seçın, [Ctrl] düyməsini sıxıb saxlayın və
digər şəkilləri seçın. Nəticədə həmin şəkillər qeyd olunacaqdır.