İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə170/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   166   167   168   169   170   171   172   173   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A 
____________________________________________________________ 
214 
Birinci səhifədə tarix və zamanın cari qiymətini, həmçinin saat qurşağını 
dəyişmək olar. İkinci səhifə digər saat qurşaqlarında vaxtı göstərmək üçün əlavə 
saatları daxil etmək üçündür. Üçüncü səhifə İnternet üzrə vaxtı sinxronlaşdırmaq 
üçündür. 
Tarix və zamanın cari qiymətini dəyişmək istəyirsinizsə, Date and Time 
(Дата и время-Tarix və zaman) səhifəsindəki (Изменить дату и время-Tarix və 
zamanı dəyiş) düyməsinə sıxmaq lazımdır. Açılan dialoq pəncərəsində lazımi tarixi 
və zamanı seçin. İlin ayını dəyişmək üçün cari ayın adını seçməli və açılan 
aylardan lazım olanı seçməlisiniz. İstədiyiniz ili də bu qayda ilə seçə bilərsiniz. 
Şəkil 15. Tarix və zamanın sazlanması dialoq pəncərəsi 
Cari vaxtı dəyişmək üçün vaxtın qiymətinin ədədlə göstərildiyi sahəni seçin. 
Həmin sahədə kursorun oxu qırpınan kimi yeni qiyməti klaviaturadan daxil edin 
və OK düyməsinə sıxın. Seçilmiş yeni qiymət təsdiqlənəcəkdir. Əgər etdiyiniz 
dəyişikliyi təxirə salmaq istəsəniz, onda Cancel (Отмена-İmtina) düyməsinə sıxın. 


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 215 
Əgər siz yerli vaxtdan əlavə, başqa şəhərlərdəki (başqa saat qurşaqlarındakı) cari 
vaxtı da bilmək istəyirsinizsə, onda əlavə saatları işə qoşun. Bunun üçün Time 
Zone (Дополнительные часы-Əlavə saatlar) səhifəsinə keçin və bu saatları 
göstərən (Показать-Göstər) bayraqcığını aktivləşdirin. Bu səhifədə iki bayraqcığ 
vardır, yəni eyni zamanda iki saat qurşağındakı cari vaxtı əks etdirmək 
mümkündür (şəkil 15.). 
Bayraqcıq aktivləşdikdən sonra (Выберите часовой пояс-Saat qurşağını seçin) 
siyahısından lazım olanı seçib OK düyməsini sıxın. 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin