İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR


CƏDVƏL XANALARININ BİR-BİRİNƏ BİRLƏŞDİRİLMƏSİ



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə199/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   195   196   197   198   199   200   201   202   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

CƏDVƏL XANALARININ BİR-BİRİNƏ BİRLƏŞDİRİLMƏSİ
 
Mürəkkəb sərlövhəli başlığa malik cədvəlləri formalaşdırmaq istəsəniz, 
xanaların bir-birinə birləşdirilməsiindən istifadə etməklə istədiyiniz cədvəli tərtib 
edə bilərsiniz. Birləşdirmə (qovuşdurma) həm üfqi, həm də şaquli istiqamətdə 
aparıla bilər. Qovuşdurmaq istədiyiniz xanaları mausun sol düyməsini sıxaraq 
seçin (qaraldın) və Layout (Макет-Quruluş) qoşmasındakı (Объединить ячейки-
Xanaları birləşdir) düyməsini sıxın (şəkil 56.). Nəticə şəkil 57-də göstərilən kimi 
alınacaqdır.


İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 265 
Şəkil 56. Cədvəlin bir neçə xanasının seçilməsi 
Qovuşdurmaya əks əməliyyat olan xanaları bölmək üçün kursoru böləcəyiniz 
xanaya gətirin və (Разбить ячейки-Xananı böl) düyməsini sıxın. 
Şəkil 57. Cədvəlin bir neçə xanasının birləşdirilməsi 
 
XANA DAXİLİNDƏ MƏTNİN DÜZLƏNDİRİLMƏSİ 
 
Xana daxilindəki mətni üfqi istiqamətdə sola, sağa, mərkəzə və eninə, şaquli 
istiqamətdə isə aşağı, yuxarı, mərkəzə və eninə düzləndirmək mümkündür. Hər 
bir xanada da mətni ayrıca düzləndirmək olar. Bunu etmək üçün kursoru xanaya 
gətirin və Layout (Макет-Maket) qoşmasından (Выравнивание-Düzləndir) 
qrupundakı düymələrdən lazım olanını seçin (şəkil 58.). 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
266 
Şəkil 58. Xanadakı mətnin müxtəlif istiqamətlərə düzləndirilməsi üçün istifadə 
edilən düymələr qrupu 
 
CƏDVƏL ELEMENTLƏRİNİN LƏĞV EDİLMƏSİ 
Cədvəldəki xanaları, sətirləri, sütunları, həmçinin cədvəli ləğv etmək üçün 
kursoru lazım olan xananın, sütunun və ya sətirin üstünə gətirib, Layout (Макет-
Maket) qoşmasından Delete (Удалить-Ləğv et) düyməsini sıxın (şəkil 59.). 
Əməliyyata başlamazdan əvvəl ləğv edəcəyiniz obyekti seçin. 
Şəkil 59. Layout (Макет-Maket) qoşması, Delete (Удалить-Ləğv et) düyməsi 

Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin