İ N F O R M A T İ K A
____________________________________________________________ 133
Əgər klavişin üzərində üçüncü simvol həkk olunmuşsa, [Shift] düyməsinin
sıxılmış vəziyyətində klaviatura digər dilə uyğun informasiyanın kompüterə daxil
olunması rejiminə keçir (məsələn, ingilis dilindən rus dilinə və ya əksinə). Bir
dildən digər dilə keçid kompüterdə istifadə olunan əməliyyat sistemindən asılıdır.
Klaviatura
SENSOR PANEL (TAÇPAD)
Qurğu tutqun və ya parlaq rəngli düzbucaqlı formasında olub, klaviatura
üzərində yerləşən klavişlərin aşağı hissəsində yerləşir. Düzbucaqlının üzərində iki
və ya üç düymə olur. Taçpadın ölçüsü və üzərində olan düymələr sayı müxtəlif
ola bilər.
İstifadəçi taçpad (touchpad) üzərində barmağını hərəkət etdirməklə
kursorun hərəkətini ekranda tənzimləyə bilir.
İ N F O R M A T İ K A
____________________________________________________________
134
Taçpad
Masaüstü kompüterlərdə taçpad əvəzinə mausdan istifadə olunur.
Nəzərə almaq lazımdır ki, taçpadın üzərində barmağın hərəkəti zamanı
kursorun yerdəyişməsi mausun üzərindəki sol və sağ düymələrin sıxılmasına
uyğundur. Taçpadın yerinə yetirdiyi funksiya kompüterə yüklənmiş əməliyyat
sistemindən birbaşa asılıdır. Taçpadın üzərində barmağın qısa müddət ərzində
sıxılması mausda sol düymənin sıxılmasına uyğundur.
TREKBOL
Trekbol ilə taçpadin yerinə yetirdiyi funksiya eyni olsa da, trekbol taçpaddan
çox-çox qabaq hazırlanmış və istifadə olunmuşdur. Trekbol üzərində çox da
böyük ölçüyə malik olmayan, fırlana bilən diyircəkdən ibarətdir. Diyircək barmaq
və ya ovuc vasitəsi ilə hərəkət etdirilir. Diyircəyin kənarlarına yerləşdirilmiş
düymələrin funksiyası maus da olan düymələrin funksiyası ilə eynidir.
|