İnformatika (MÖvzular və testləR) yeniDƏN İŞLƏNMİŞ NƏŞR



Yüklə 3,19 Mb.
Pdf görüntüsü
səhifə107/316
tarix24.12.2023
ölçüsü3,19 Mb.
#191453
1   ...   103   104   105   106   107   108   109   110   ...   316
INFORMATIKA-DERSLIK-son-variant

İ N F O R M A T İ K A
 
 
____________________________________________________________ 133 
Əgər klavişin üzərində üçüncü simvol həkk olunmuşsa, [Shift] düyməsinin 
sıxılmış vəziyyətində klaviatura digər dilə uyğun informasiyanın kompüterə daxil 
olunması rejiminə keçir (məsələn, ingilis dilindən rus dilinə və ya əksinə). Bir 
dildən digər dilə keçid kompüterdə istifadə olunan əməliyyat sistemindən asılıdır. 
Klaviatura 
 
SENSOR PANEL (TAÇPAD) 
Qurğu tutqun və ya parlaq rəngli düzbucaqlı formasında olub, klaviatura 
üzərində yerləşən klavişlərin aşağı hissəsində yerləşir. Düzbucaqlının üzərində iki 
və ya üç düymə olur. Taçpadın ölçüsü və üzərində olan düymələr sayı müxtəlif 
ola bilər. 
İstifadəçi taçpad (touchpad) üzərində barmağını hərəkət etdirməklə 
kursorun hərəkətini ekranda tənzimləyə bilir. 


İ N F O R M A T İ K A 
____________________________________________________________ 
134 
Taçpad 
Masaüstü kompüterlərdə taçpad əvəzinə mausdan istifadə olunur. 
Nəzərə almaq lazımdır ki, taçpadın üzərində barmağın hərəkəti zamanı 
kursorun yerdəyişməsi mausun üzərindəki sol və sağ düymələrin sıxılmasına 
uyğundur. Taçpadın yerinə yetirdiyi funksiya kompüterə yüklənmiş əməliyyat 
sistemindən birbaşa asılıdır. Taçpadın üzərində barmağın qısa müddət ərzində 
sıxılması mausda sol düymənin sıxılmasına uyğundur. 
 
TREKBOL 
Trekbol ilə taçpadin yerinə yetirdiyi funksiya eyni olsa da, trekbol taçpaddan 
çox-çox qabaq hazırlanmış və istifadə olunmuşdur. Trekbol üzərində çox da 
böyük ölçüyə malik olmayan, fırlana bilən diyircəkdən ibarətdir. Diyircək barmaq 
və ya ovuc vasitəsi ilə hərəkət etdirilir. Diyircəyin kənarlarına yerləşdirilmiş 
düymələrin funksiyası maus da olan düymələrin funksiyası ilə eynidir.



Yüklə 3,19 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   316




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin